"Özgə qapılarında yaşamaq Novruzun alın yazısıymış”.
Bunu Qaynarinfo-ya müsahibəsində mərhum sənətkar, Əməkdar artist Novruz Qartalın həyat yoldaşı Zərqələm Əliyeva deyib.
Xanımı Novruz Qartalın cənazəsinin kirayə qaldığı mənzildən yola salındığını deyib:
- Novruz çox əziyyət çəkdi, amma onun üçün heç nə etmədilər. Xalq artisti fəxri adını da ona çox gördülər. Elə arzulayırdı ki... Sağlığında saymadılar, heç olmasa xəstə, ölüm döşəyində də bu adı ona vermədilər ki, eşitsin. Deyirdi: "Bircə otaq evim olaydı kaş, xalxın evində ölməzdim”. Amma elə ümidli idi ki... Deyirdi, "vəziyyətimi bilirlər, yəqin ki, biganə qalmazlar. Vəziyyəti Qənirə xanıma da demişəm, kömək edəcək”. Olmadı, verilmədi... Qismətində yoxmuş... Yazısı belə yazılıbmış.
- Mədəniyyət Nazirliyindən, Musiqili Teatrdan kimlər gəlmişdi?
- Heç kəs... Novruz Bakıda kirayə qaldığı evində rəhmətə getdi. Həmin günü iş yoldaşlarından ona yaxın bir neçə nəfər gəlmişdi, onlardan başqa heç kəsi görmədik. Gəncədən isə çox adam gəlmişdi, sağ olsunlar, Novruzun sənətinə layiq saydılar onu. İndi hazırlaşırıq Bakıya gedək. İstədik 7 mərasimini Bakıda verək. İcazə vermirlər.
- Niyə?
- Neçə olur toylara 150 nəfərlə icazə verilir, amma yas məclisinə yox? Novruz tanınan, xalq tərəfindən sevilən aktyordur. Biz də bunu nəzərə alıb ona yas vermək istəyirik. Bir adam çıxıb danışa, icazə ala, biz də onun adına uyğun məclis verək. Bu boyda camaatı evə yığa bilmərik. Birdən hamı eyni vaxtda gəldi, onlara bir evə necə yerləşdirək? Həm də ev də onları tutmaz. İndi gözümüz qapıdadır. Ev yiyəsi deyir ki, "evim təzədir, sizə kirayə vermədik ki, yas verəsiniz”. Bəs onun cənazəsini hara aparardıq, gedəcəyimiz yer yox idi. Kimə deyək ki, evini ver cənazəmizi qoyaq? Heç kəs buna razı olmaz.
- Mədəniyyət Nazirliyindən zəng vurub başsağlığı da verən olmadı?
- Yox, heç kəs... Deyirəm ki, bəlkə ölümündən sonra Xalq artsiti adını verərlər biz də qəbr daşına yazdırardıq. Camaat təklif edir ki, Novruz xalqın sevimli sənətkarı idi, buna görə də onun qəbir daşına Xalq artisti adı yazılsın. Razı olmuruq, deyirik ki, yox, əgər verilərsə, yazdırarıq. Novruz rəhmətə gedən günü qızım istədi ki, onu aldatsın. İstədi desin ki, ata sənə Xalq artsiti adı verilib. Elə bil ürəyinə damıbmış, qoymadıq ki, birdən yanına kimsə gələr, ondan öyrənər. Kaş ki, deyəydi, elə ondan bir neçə saat sonra Novruz rəhmətə getdi. İndi qızım özünü danlayır, kaş deyəydim, deyir.
- Bundan sonra həmin evdə qalmaq sizə çətin olmayacaq?
- Çox çətin olacaq, özüm şəkər xəstəsi, vəziyyətim necə olacaq? İşləməyən bir qadın ayda 400 manatı hardan alıb kirayəyə versin? Yoxdur, vəziyyətimiz çox pisdir. Bütün işlər bir-birinə calandı. Kaş ki, Novruz belə bir bəlaya düçar olmayaydı, sağ çanı ilə işləyəydi, kirayədə qalardıq. Heyif onun canından...
Cənazəsi özgə evindən götürülən artistin xanımından ürəkağrıdan sözlər
13
yanvar
05:34
Qarabağ
KOMMENTLƏR
Əməkdar artistin 40 mərasiminə teatrdan bir nəfər də gəlmədi - GİLEY
Kirayələrdə çürüyən əməkdar artist ölüm ayağında - Xanımından dəhşətli sözlər
Afaq Bəşirqızının ölüm ayağında olan aktyora dedikləri qəzəb doğurdu: “Sözümü demişəm”
Afaq Bəşirqızı Novruz Qartalla bağlı qalmaqallı çıxışından danışdı - VİDEO
“Hamı Novruz Qartala baş çəksin, onun dostlarına ehtiyacı var" – Əməkdar artist (FOTO)
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı