“Bakı Metropoliteni”nin sabiq rəisi Tağı Əhmədovdan 2 milyon manat sələm götürüb mənimsəməkdə ittiham olunan Səadət Xəlilov, Qulu Muxtarov və Sahil Abuşovun cinayət işi üzrə məhkəmə icraatı dayandırılıb.
Ev dustaqlığında mühakimə olunan Q.Muxtarov və S.Abuşov məhkəmə istintaqından gizləniblər. Sonuncu məhkəmə iclaslarına gəlmədikləri üçün onların barəsində həbs qərarı verilib və icraat dayandırılmaqla axtarışa veriliblər.
Qeyd edək ki, sözügedən məhkəmə prosesi dörd aydır ki davam edir. Təqsirləndirilən şəxsdən yalnız Səadət Xəlilov həbs olunmuşdu.
Məhkəmənin gedişatında məlum olub ki, Tağı Əhmədov AMEA əməkdaşı, professor Soltan Əliyev vasitəsilə Səadət, Qulu və Sahilə ümumilikdə 2 milyon manata yaxın sələm verib. Onlar mərmər biznesində böyük qazanc olduğunu deyərək T.Əhmədovu bu işə pul yatırmağa inandırıblar. T.Əhmədov isə YAP-ın Yasamal rayon təşkilatının binasında həmin şəxslərə pulları verib. Daha sonra sələmi qaytara bilmədikləri üçün Soltan Əliyev onları şikayət edib. Cinayət işi üzrə zərərçəkmiş kimi də S.Əliyev tanınıb.
Məhkəmədən gizlənən Sahil Abuşov əvvəlki iclaslarda onlara sələm verən şəxsin Tağı Əhmədov olduğunu təsdiqləyib: “Biz mərmər biznesi ilə məşğul olurduq. İşləri görmək üçün pulu Səadət müəllim verirdi, o da pulları Tağı Əhmədovdan sələmə götürürdü. Tağı müəllim ona aylıq 1.5-2 faizlə pul verirdi. Üç dəfə ondan pul götürmüşük. Pulları Yasamalda YAP-ın binasının yanında aldıq. Səadət və Soltan içəri girib pulları götürürdü, sonra çıxıb bizə verirdilər”.
Məhkəmə istintaqından qaçan digər şəxs Qulu Muxtarov isə vaxtilə Bakı Şəhər Baş Polis İdarəsində əməliyyat müvəkkili işləyib. Hüquq-mühafizə orqanlarından təqaüdə çıxdıqdan sonra Beynəlxalq Bankın rəhbəri olmuş Cahangir Hacıyevin mühafizəçisi işləyib.
O ifadəsində Tağı Əhmədova 1 milyon dəyərində yaqut daşı girov qoyduqlarını deyib: “Daş dostumun idi. Səadət təklif elədi ki, daşı girov qoyub sələmə pul götürək. Arada mənim də xeyrim olacaqdı. Daşın pulunu isə bir müddət sonra alverdən gələn qazancdan verəcəkdilər. Daşa görə cəmi 350 min manat pul ödəyiblər”.
Məhkəmə istintaqı zamanı məlum olub ki, sələm prosesində T.Əhmədovun oğlu Ruslan Əhmədov da iştirak edib. Hətta bir dəfə Tağı Əhmədov pullarını qaytarmadığı üçün Səadət Xəlilovu ofisində döyüb. Səadət Xəlilov götürülən puldan 234 min manat qaytardığını bildirir.
Zərərçəkmiş Soltan Əliyev Tağı Əhmədovun 2 milyonu ilə yanaşı, əlavə 1 milyon 92 min manat da faiz pulu tələb edir.
1998-2014-cü illərdə Bakı Metropoliteninin rəisi olmuş Tağı Əhmədov uzun müddət YAP-ın Yasamal rayon təşkilatına sədrlik edib, bu ilin sentyabrında vəzifədən çıxarılıb. (qafqazinfo)
Tağı Əhmədovdan sələmə pul alan sabiq polis axtarışa verildi
30
dekabr
18:37
Qarabağ
KOMMENTLƏR
İki milyon manatlıq cinayət işi: Tağı Əhmədov və professor zərərçəkən qismində
Tağı Əhmədov ödənişi gecikdirdiyi üçün ondan borc alan şəxsi döyüb
Tağı Əhmədovun 2 milyonunu mənimsəyən şəxsə hökm oxundu
Tağı Əhmədovun 2 milyonunu mənimsəyən şəxs 9 il 6 ay azadlıqdan məhrum edilə bilər
Tağı Əhmədovun məhkəmədə dindirilməsi tələb EDİLDİ
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı