"Bakı Metropoliteni"nin sabiq rəisi Tağı Əhmədovun 2 milyon manatını mənimsəməkdə ittiham olunan iş adamı Səadət Xəlilovun məhkəməsi yekunlaşıb.
“Qafqazinfo” xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə S.Xəlilov 9 il müddətinə azadlıqdan məhrum edilib.
Məhkəmənin gedişində məlum olub ki, "Bakı Metropoliteni"nin keçmiş rəisi T.Əhmədov yaxın dostu Soltan Əliyev vasitəsilə Səadət Xəlilov və onun tanışlarına 2 milyon manata yaxın sələm verib. Belə ki, onlar mərmər biznesində böyük qazanc olduğunu deyərək Əhmədovu bu işə pul yatırmağa inandırıblar. Sabiq rəis pulların bir qisimini rəhbəri olduğu YAP-ın Yasamal rayon təşkilatının binasında onlara verib. Biznes uğurlu alınmadığından Səadətgil sələmi qaytara bilməyiblər. Nəticədə tərəflər arasında mübahisə yaranıb və dələduzluq ittihamı ilə S.Xəlilova qarşı cinayət işi başlanılıb.
Qeyd edək ki, məhkəmə araşdırması zamanı digər iki təqsirli bilinən şəxs Qulu Muxtarov və Sahil Abuşov qaçaraq istintaqdan gizləniblər. Hazırda onlar axtarışdadır. İş üzrə zərərçəkmiş kimi Tağı Əhmədovun dostu Soltan Əliyev AMEA Riyaziyyat və Mexanika İnstitutunun direktor müavini, eyni zamanda professordur.
Tağı Əhmədovun 2 milyonunu mənimsəyən şəxsə hökm oxundu
17
mart
13:50
Qarabağ
KOMMENTLƏR
Tağı Əhmədovun 2 milyonunu mənimsəyən şəxs 9 il 6 ay azadlıqdan məhrum edilə bilər
İki milyon manatlıq cinayət işi: Tağı Əhmədov və professor zərərçəkən qismində
Tağı Əhmədovdan sələmə pul alan sabiq polis axtarışa verildi
Tağı Əhmədovun məhkəmədə dindirilməsi tələb EDİLDİ
Tağı Əhmədov ödənişi gecikdirdiyi üçün ondan borc alan şəxsi döyüb
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı