“Bakı Metropoliteni”nin sabiq rəisi Tağı Əhmədovun 2 milyon manatını mənimsəməkdə ittiham olunan iş adamı Səadət Xəlilovun məhkəməsi yekunlaşır.
Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda S.Xəlilovun 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsi tələb olunub.
Prosesdə dövlət ittihamçısı çıxışında bildirib ki, Səadət Xəlilovun zərərçəkmiş Sultan Əliyevdən mərmər-qranit biznesi adıyla 2 milyon manat alıb qaytarmaması məhkəmə istintaqı zamanı sübuta yetirilib.
Qeyd edək ki, məhkəmənin gedişində məlum olub ki, "Bakı Metropoliteni"nin keçmiş rəisi T.Əhmədov yaxın dostu, AMEA Riyaziyyat və Mexanika İnstitutunun direktor müavini, professor Soltan Əliyev vasitəsilə S.Xəlilov, Q.Muxtarov və S.Abuşova ümumilikdə 2 milyon manata yaxın pulu sələmə verib.
Onlar mərmər biznesində böyük qazanc olduğunu deyərək T.Əhmədovu bu işə pul yatırmağa inandırıblar. T. Əhmədov isə pulları həmin şəxslərə verib. Daha sonra sələmi qaytara bilmədikləri üçün S.Əliyev onlardan şikayət edib. Cinayət işi üzrə zərərçəkmiş kimi S.Əliyev tanınır. / Qafqazinfo
Tağı Əhmədovun 2 milyonunu mənimsəyən şəxs 9 il 6 ay azadlıqdan məhrum edilə bilər
05
mart
14:13

Qarabağ
KOMMENTLƏR
Tağı Əhmədovun 2 milyonunu mənimsəyən şəxsə hökm oxundu
İki milyon manatlıq cinayət işi: Tağı Əhmədov və professor zərərçəkən qismində
Tağı Əhmədovun məhkəmədə dindirilməsi tələb EDİLDİ
Tağı Əhmədovdan sələmə pul alan sabiq polis axtarışa verildi
Tağı Əhmədov ödənişi gecikdirdiyi üçün ondan borc alan şəxsi döyüb
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat