Koronavirusun "Omicron" ştammının yayılma sürəti virusun "Delta" növündən 70 dəfə çoxdur.
Bunu Trend-ə infeksionist-hepatoloq Mərdan Əliyev bildirib.
"Azərbaycanda virusun bu növünün aşkarlanması onu deməyə əsas verir ki, ölkəmizdə yoluxma sayında artım olacaq.
Müəyyən olunub ki, virusun bu variantının öldürücülük qabiliyyəti zəifdir, lakin sürətlə yayılır. "Omicron" ştammının sürətlə yayılması kütləvi immunitetin yaranmasına və pandemiyanın bitməsinə səbəb ola bilər.
Bütün bunlara baxmayaraq, vətəndaşlar gigiyenik qaydalara riayət etsinlər. Riskli yaş qrupuna daxil olan insanlar daha çox ehtiyatlı olsunlar. Əsas da uşaqların yoluxma ehtimalı yüksəkdir. Lakin ağırlaşma ehtimalı çox aşağıdır", - deyə o bildirib.
Qeyd edək ki, Səhiyyə Nazirliyinin məlumatına görə, ötən gün Azərbaycanda 12 nəfərdə SARS-CoV-2 21K "Omicron" variantı aşkarlanıb.
"Omicron" ştammının yayılma sürəti "Delta"dan 70 dəfə çoxdur - İnfeksionist
11
yanvar
14:03
Qarabağ
KOMMENTLƏR
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı