Azərbaycanda pandemiya nəzarətdə saxlanılır, vəziyyət stabil və idarə olunandır. Yoluxma sayı getdikcə azalır.
Bunu açıqlamasında İnfeksionist-hepatoloq Mərdan Əliyev deyib.Onun sözlərinə görə, hazırda dünyanı bürüyən "Omicron" ştammı qonşu ölkələrdə sürətlə yayılmaqdadır. Bu, ölkəmiz üçün riskin çox yaxın olduğunu bildirir. Lakin "Omicron" ştammın ölkəmizə gəlməməsi üçün lazımi tədbirlər görülməlidir.
"Vətəndaşlarımız virusun yeni və sürətlə yayılan təhlükəli variantlarından qorunmağın ən effektiv yolunun vaksinasiya olunduğunu unutmamalıdırlar.İkinci doza vaksinasiya olan kifayət qədər vətəndaşımız var. Buna baxmayaraq üçüncü dozanı vurdurmaq tövsiyyə olunur. Vaksinin üçüncü dozasını vurduranlar xəstəliyi bir neçə dəfə yüngül keçirirlər. Üçüncü doza vaksin olunmanı altı ayı gözləmədən vurdurmaq lazımdır. vaksinin üçüncü dozasını vurduranlar koronavirusa az yoluxur, yoluxarsa da xəstəliyi bir neçə dəfə yüngül keçirirlər. Azərbaycanda digər ölkələrdəki kimi sərt tədbirlər tətbiq olunmayıb. Lakin bayram günlərində insanlar daha çox qapalı məkanlarda vaxt keçirəcəklər. Buna görə də təhlükəsizlik tədbirləri unudulmamalı, karantin rejiminin tələbləri yerinə yetirilməlidir. Yoluxma dalğasının genişlənəcəyi və əhaliyə, ölkənin səhiyyə sisteminə təhlükə yaranacağı təqdirdə karantin rejiminin sərtləşdirilməsi mümkündür.", - deyə o bildirib.
Qeyd edək ki, indiyədək ölkədə ümumilikdə 615 312 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 596 545 nəfər müalicə olunaraq sağalıb, 8 324 nəfər vəfat edib, aktiv xəstə sayı 10 443 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8 784, ötən müddət ərzində isə ümumilikdə 5 832 974 test aparılıb.
Azərbaycanda karantin rejimi sərtləşdirilə bilər - İnfeksionist
29
dekabr
18:07

Qarabağ
KOMMENTLƏR
"Omicron" ştammının yayılma sürəti "Delta"dan 70 dəfə çoxdur - İnfeksionist
Azərbaycanda 3-cü doza vaksinin tətbiqinə başlanıldı - VİDEO
"Omicron"a yoluxanlar ev şəraitində müalicə alır - Baş infeksionist
“1-ci doza vurduran insanlar asanlıqla yoluxa bilərlər“ - İnfeksionist
Azərbaycanda vaksinin üçüncü dozası vurulacaq?
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat