Dünyada sürətlə yayılan “Delta” ştammı indiyədək 85 ölkədə aşkarlanıb.
Qripə bənzəyən ştammın əsas əlamətləri baş, boğaz ağrısı, burun axıntısı, bəzən də öskürəkdir.
Alimlər bu ştammda eşitmənin itirilməsi əlaməti ilə qarşılaşdıqlarını da bildirirlər. Ştammın təsirini azaltmağın əsas yolu isə vaksinasiyadır.
Hindistanda ortaya çıxan “Delta” ştammının simptomlarının test və izolyasiya tədbirlərdən kənarda qalmağa səbəb olduğu bildirilir. Bu mutasiyanın digərlərinə nəzərən 60 faiz daha sürətlə yoluxduğu barədə məlumatlar var.
Qeyd olunur ki, bu ştamm xüsusən gənclərdə ağır qrip keçirmə hissi yaradır. Bu, indiyədək yayılan ən təsirli mutasiyadır.
Bu ştammın əsas xarakterik xüsusiyyətlərindən biri hüceyrələrə sürətlə nüfuz etməsidir. Ancaq vaksinasiyadan keçmiş şəxslərdə virusun hüceyrəyə keçməsinə əngəl olan qalxan formalaşdığı üçün yoluxma ehtimalı azalır.
“Delta” ştammı yayıldığı ölkələrə görə simptom fərqlilikləri göstərə bilir. Ölkələrdən asılı olaraq, bu ştammın mədə ağrısı, ürəkbulanma, iştahsızlıq kimi fərqli simptomları da müşahidə edilir.
“Delta plus”a gəlincə, bu ştamm da “Delta” ilə bənzərlik təşkil edir. Ancaq ona nəzərən yoluxma qabiliyyəti daha yüksəkdir.
“Delta” ştammının əlamətləri hansılardır?
30
iyun
10:03

Qarabağ
KOMMENTLƏR
Rusiyada koronavirusun yeni ştammı aşkarlandı - “Delta plus“
Koronavirusun "Delta" ştammı uşaqlar üçün təhlükəlidir? - İnfeksionist AÇIQLADI
Koronavirusun "delta" ştammı sürətlə yayılır - ÜST-dən xəbərdarlıq
Koronavirusun təhlükəli növü dəhşət SAÇIR - Sərhədlərimizə qədər çatdı
Qazaxıstanda da "Hindistan ştammı" tapıldı
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat