"MİDA" MMC-nin direktoru Fərhad Təhməzovun oğlu İsrafil Təhməzli məhkəməyə verilib.
“Kriminalqafqaz” xəbər verir ki, onun Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə 14 min manata yaxın kredit borcu var. İttihama görə, İ.Təhməzli sahibkarlıq fəaliyyəti üçün agentliklə bağladığı lizinq müqaviləsinin şərtlərindən əmələ gələn öhdəliyi yerinə yetirməyib. Nəticədə Aqrar Kredit və İnkişaf Agentliyi Təhməzlini məhkəməyə verib.
Bakı Kommersiya Məhkəməsi tərəfindən icraata götürülən işə hakim Zeynəb Axundovanın sədrliyi ilə baxılır.
Qeyd edək ki, İsrafil Təhməzlinin əmisi də dövlət strukturunda yüksək vəzifə tutur. Belə ki, Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli onun əmisidir.
Fotoda: Qoşqar Təhməzli
Bir müddət öncə İsrafil Təhməzlinin adı mediada Rusiya və Türkiyədən tikinti materiallarının, xüsusilə kafel-metlaxların idxalı ilə məşğul olan “Başaran Group” şirkətinin həmtəsisçisi kimi hallanmışdı. İddialara görə, İsrafil Təhməzli əmisi oğlu Şahbaz Təhməzli ilə birlikdə həmin biznesə rəhbərlik edir. Kommersiya qurumlarının dövlət reyestrində də sözügedən şirkətin qanuni təmsilçisi kimi Şahbaz Təhməzlinin adı görünür.
Bundan başqa İsrafil Təhməzli 2010-cu illərdə Sumqayıtda tarixi “Vaqif” kinoteatrının yenidən tikintisi üçün sifarişçi olub. Lakin daha sonra qeyri-müəyyən səbəblərdən tikinti aparılmayıb.
Xatırladaq ki, İsrafil Təhməzlinin atası Fərhad Təhməzov da biznes fəaliyyəti ilə bir neçə dəfə gündəmə gəlib. Onun Türkiyədə “İlahi İnşaat” (İlahi - Təhməzli qardaşlarının atasının adıdır) adlı şirkəti 2010-cu ildə qeydiyyatdan keçirilib. Şirkət turizm, inşaat və ticarət sektorunda fəaliyyət göstərir. Şirkətin hissələrinin 60 faizi Fərhad Təhməzovun, 40 faizi isə qızı Fidan Təhməzlinin adına rəsmiləşdirilib.
Daha əvvəl Məcburi Köçkünlərin Sosial İnkişafı Fondunun direktoru olan F.Təhməzov 2016-cı ildə Mənzil İnşaatı Dövlət Agentliyinin tərkibindəki MİDA MMC-nin direktoru təyin olunub.
Fərhad Təhməzovun oğlu məhkəməyə verildi
12
yanvar
12:36
Qarabağ
KOMMENTLƏR
Ölkə mediası “MİDA”nın direktoru Fərhad Təhməzovu axtarır, amma tapa bilmir... - Fərhad Təhməzovun oğlu İsrafil də atası kimi “ata-ata” gedir...
QİDA-nın sədri Qoşqar Təhməzli Qarabağ veteranıdır ? - Qoşqar Təhməzli neçənci ildə və hansı cəbhədə döyüşüb?
Məşhur topdansatış məntəqəsi məhkəməyə verildi
QİDA və MİDA-nı zəbt edən TƏHMƏZLİ QARDAŞLARI…- Qoşqar Təhməzlinin qardaşı Ataş dövlət çevrilişində iştirak edib...
Qoşqar Təhməzlinin QİDA-sı öz işinin öhdəsindən gələ bilmir- Belə davam eləsə, qara yara, brüselyoz kimi xəstəliklər yayılacaq...