Ataş - Fərhad – Qoşqar Təhməzov qardaşları- “Troyka”
Qardaşlardan biri Ataş dövlət çevrilişində iştirak edib...
Ataş deyir ki, telefondakı Ataş deyil, başqa şəxsdir...
Ataş, Fərhad və Qoşqar Təhməzov qardaşlarından söz açmazdan öncə onu qeyd edək ki, qardaşlardan biri, Qoşqar “izi itirmək” üçün, son illər soyadını dəyişərək Təhməz-li olub.
Öncə qardaşların birincisindən, Ataşdan danışaq.
Deməli, Ataş Təhməzovun mobil telefonuna zəng edib 10-15 dəqiqə hal-əhval tutandan sonra, soruşanda ki, Ataş müəllim, Əli İnsanov…Akif Muradverdiyev…
O dəqiqə Ataş müəllimin səsi batır və soruşur ki, SİZ KİMƏ ZƏNG ETMİSİNİZ..?
Deyəndə ki, Ataş müəllim, bayaqdan danışırıq, necə yəni kimə zəng etmisiniz..
Ataş müəllim deyir ki, siz səhv düşmüsünüz, mən Ataş deyiləm…
Bəli, söhbət Prezident Adminstrasiyasının baş məsləhətçisi, Akif Muradverdiyevin işçisi, sabiq səhiyyə naziri Əli İnsanovun dostu Ataş Təhməzovdan gedir.
Söhbət Prezidentin İşlər İdarəsinin müdiri, 2005-ci ildə dövlət çevrilişi səbəbilə Əli İnsanovla birgə həbs edilən Akif Muradverdiyevdən gedir.
Həmin vaxt 3 qardaşdan biri Ataş Təhməzov da saxlanıldı, amma sonradan təmizə çıxdı.
Bax, bu qardaşların əsas FİQURU bu Ataş idi.
Ataşa görə, o biri qardaş Fərhad Təhməzovu “Qaçqınkom”da Məcburi Köçkünlərin Sosial İnkişafı Fonduna direktor qoydular.
Fərhad Təhməzov qaçqınların hesabına 100 milyonlara sahib oldu. Və qazandığı milyonları 3-cü qardaşa- Qoşqara verdi ki, özəl bizneslə məşğul olsun.
Qoşqar Təhməzov isə iri məmurların klinikaları üçün Almaniyadan və digər ölkələrdən bahalı tibbi avadanlıqlar gətirdi. Və özü də şəxsi klinika açdı.
Beləcə 3 qardaşın milyonları ölkə xaricinə yol tapdı.
Və bir gün qardaşlardan biri, Fərhad Təhməzov Mənzil İnşaatı Dövlət Agentliyinin rəhbəri oldu. Və dövlətin ayırdığı milyonları mənimsədi...
Fərhaddan sonra 3-cü qardaş Qoşqar Təhməzli isə Azərbaycan Dövlət Qida Təhlükəsizliyi Agentliyinə ( AQTA ) rəhbər təyin olundu.
Beləcə, rüşvətə, korrupsiyaya, dövlət çevrilişinə və daha nələrə bulaşmış bu 3 qardaş – Troyka – Azərbaycana qənim kəsilib.
Növbəti yazıda qardaşların biznes şəriklərindən bəhs edəcəyik.
P.S Bütün dostların nəzərinə bu yazı ilə bağlı xahiş etməyin. /Gundelik-baku.com/
QİDA və MİDA-nı zəbt edən TƏHMƏZLİ QARDAŞLARI…- Qoşqar Təhməzlinin qardaşı Ataş dövlət çevrilişində iştirak edib...
21
dekabr
13:30
Qarabağ
KOMMENTLƏR
Ölkə mediası “MİDA”nın direktoru Fərhad Təhməzovu axtarır, amma tapa bilmir... - Fərhad Təhməzovun oğlu İsrafil də atası kimi “ata-ata” gedir...
QİDA-nın sədri Qoşqar Təhməzli Qarabağ veteranıdır ? - Qoşqar Təhməzli neçənci ildə və hansı cəbhədə döyüşüb?
Təhməzov qardaşlarının biri QİDA-nı, o biri MİDA-nı sorur...- Atəş Təhməzov Əli İnsanovun partiyasında hansı vəzifəni daşıyır ?
Fərhad Təhməzovun oğlu məhkəməyə verildi
“MİDA” MMC-nin direktoru Fərhad Təhməzovun FOKUS-MOKUS oyunu… - MİDA 500 mənzili 5-6 saniyəyə satılaraq yoxa çıxıb…
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı