Sözün düzü,  Azərbaycan Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin “MİDA MMC”-nin direktoru Fərhad Təhməzovla  bağlı bu gün mediada gedən xəbərə baxanda xeyli məəttəl qaldıq. 
Təsəvvür edirsiniz, ölkənin ən bərk gedən media qurumları Fərhad Təhməzovun şəkilini tapa bilmədiyi üçün, onun qardaşı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədri (AQTA ) Qoşqar Təhməzlinin şəkilini verməyə məcbur olub. 
Birincisi, bu gün yayılan xəbərin Qoşqar Təhməzliyə dəxli yoxdur. 
Belə ki, yayılan xəbərdən bəlli olur ki, MİDA-nın direktoru Fərhad Təhməzovun oğlu İsrafil Təhməzli  Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə  xeyli miqdarda pul atıb. Yəni İttihama görə, İsrafil  Təhməzli sahibkarlıq fəaliyyəti üçün agentliklə bağladığı lizinq müqaviləsinin şərtlərindən əmələ gələn öhdəliyi yerinə yetirməyib. Nəticədə Aqrar Kredit və İnkişaf Agentliyi Təhməzlini məhkəməyə verib.
İkinci məqam odur ki, görəsən uzun illər Məcburi Köçkünlərin Sosial İnkişaf Fonduna rəhbərlik etmiş, hazırda isə  birbaşa prezdentin nəzarətində olan mühüm qurumun - MİDA-nın rəhbərlərindən biri olan Fərhad Təhməzov mediadan niyə gizlənir ? 
Təsəvvür edin ki, bu adam mətbuatdan elə qaçır ki, bunun adicə şəkilini tapmaq mümkün deyil. Və yazıq media əhli məcbur olub Fərhadın yerinə Qoşqarın şəkilini verir. 
Məlumat üçün onu bildirək ki, Fərhad Təhməzov məcburi köçkünlərə mənzil, bina tikmək adı altında dövlətin ayırdığı yüz milyonları mənimsəyib. İndi də MİDA-da iş adamlarına  atmaqla məşğuldur. 
Deyəsən Fərhad Təhməzovun oğlu İsrafil də bu məsələ də atasından lap qabağa keçərək, konkret olaraq Aqrar Kredit bankına atır, götürdüyü krediti qaytarmaq istəmir. 
Görəsən, bu ata-oğulun krediti qaytarmağa imkanı yoxdur, yoxsa, bunlar ata-ata gedirlər ?
Ümumiyyətlə, bu qardaşlar hansısa səbəbdənsə  kölgədə qalmağa, gizlənməyə üstünlük verirlər. 
Qardaşların o birisi, uzun müddət PA-da Akif Muradverdiyevin müavini olmuş, hazırda Əli İnsanovun partiyasında olan Ataş Təhməzov da mediadan “yayına” bilir. 
Ataş müəllim təkcə mediadan yayınmır ee...İllər öncə dövlət çevrilişi  ittihamı ilə Əli İnsanov, Akif Muradverdiyev cəza alanda Ataş Təhməzov qaçıb gizlənə bildi  və cəzasız qaldı. İndi də böyük tikinti biznesi ilə məşğul olur. 
Ümumiyyətlə, bu qardaşların biznesinin əsasında məcburi köçkünlər üçün dövlətin ayırdığı milyonlar dayanır. 
Məlumat üçün qeyd edək ki, İsrafil Təhməzli   Rusiya və Türkiyədən tikinti materiallarının, xüsusilə kafel-metlaxların idxalı ilə məşğul olan “Başaran Group” şirkətinin sahibidir. 
Fərhad Təhməzov özü də  biznes fəaliyyəti ilə məşğul olur. Onun Türkiyədə “İlahi İnşaat” adlı şirkəti 2010-cu ildə qeydiyyatdan keçirilib. Şirkət turizm, inşaat və ticarət sektorunda fəaliyyət göstərir. Şirkətin hissələrinin 60 faizi Fərhad Təhməzovun, 40 faizi isə qızı Fidan Təhməzlinin adına rəsmiləşdirilib.
Bu məqamda  bir atalar məsələni azca dəyişib Təhməzovlara aid etmək istəyirik: Atası çıxan ağacı, oğlu budaq-budaq  dolaşar.
 /Gundelik-baku.com/скачать dle 12.1