“Zaqatala rayon sakini Həsrətov Şaban Elşad oğlu 18 yaşı tamam olduğu üçün sağlamlıq imkanları məhdudluq müddəti bitib və əlillik dərəcəsi alınması üçün onunla bağlı heç bir müraciət edilməyib. Ona görə də sosial şəbəkə istifadəçilərindən birinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən guya Şaban Həsrətovun əlilliyinin dayandırılması barədə paylaşdığı məlumat həqiqətə uyğun deyil”.
Bakısəsi xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Fazil Talıbov deyib. O bildirib ki, qanunvericiliyə əsasən, 18 yaşınadək uşaqlara əlillik yox, sağlamlıq imkanları məhdudluq təyin edilir:
“18 yaşı tamam olanda isə şəxsin müraciəti əsasında əlilliyin qiymətləndirilməsi aparılaraq uyğun olduğu halda ona əlillik dərəcəsi (1-ci, 2-ci və ya 3-cü dərəcə) verilir. Uşaqlıqdan eşitmə və nitq məhdudiyyəti olan Şaban Həsrətovla bağlı da 18 yaşı tamam olandan sonra elektron sistemə forma 88 (göndəriş) daxil edilsəydi, ona elə həmin vaxtdan da müvafiq əlillik dərəcəsi veriləcəkdi. Şaban Həsrətovun atası Elşad Şabanovla əlaqə saxlanıldı və oğlunun əlilliyinin qiymətləndirilməsi üçün müvafiq prosedur izah olundu. E-sistemə göndəriş daxil edildikdən sonra Ş.Həsrətova əlillik dərəcəsi veriləcək və pensiya alacaqdır”.
Nazirlik əlillə bağlı iddialara aydınlıq gətirdi - “Pensiya alacaq”
24
avqust
16:05
Qarabağ
KOMMENTLƏR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Anar Ələkbərov Prezidentə görülmüş işlər barədə məlumat verdi - FOTOLAR
- "Qrem Ukrayna münaqişəsinin davam etməsini istəyirdi" - Tramp
- İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul etdi - FOTOLAR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Şəhid Xudayar Yusifzadənin doğum günüdür
- "Azərbaycanda fəaliyyət göstərmək şirkətlərə daha geniş regional bazara çıxış imkanı yaradır" - Nazir
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- "Dövlətimiz, Ordumuz güclüdür!" - İlham Əliyev