Əli Məsimli Milli Məclisin bu gün keçirilən iclasında "Ünvanlı dövlət sosial yardımı haqqında" qanuna dəyişikliyin müzakirəsi zamanı deyib.
Onun sözlərinə görə, bu düzgün bir seçim olmadığından ləğv olunmalıdır.
Ə.Məsimli qeyd edib ki. bu Statistika Komitəsinin zamanında əhalinin siyahıya alınması zamanı buraxdığı səhvin nəticəsidir və biz bu gün pandemiya dövründə altını çəkməkdəyik. “Əgər o zaman düzgün siyahıyaalma getsəydi və əhalinin gəlirləri düzgün hesablansaydı, biz bu gün tamam başqa bir mənzərənin şahidi olardıq”- deputat bildirib.
Ünvanlı sosial yardımın dairəsinin genişləndirilməsi çox vacibdir.
"Ehtiyac meyarı ünvanlı sosial yardımın verilmə dairəsinin məhdudlaşdırmaq üçün ortaya atılan qondarma bir məsələdir və ehtiyac meyarı ləğv olunmalıdır"
Belə bir təkliflə deputat Əli Məsimli Milli Məclisin bu gün keçirilən iclasında “Ünvanlı dövlət sosial yardımı haqqında” qanuna təklif edilən dəyişikliyin müzakirəsi zamanı deyib.
O bildirib ki, ölkə başçısı əmək və əhalinin sosial müdafiəsi nazirini qəbul edən zaman ünvanlı sosial yardımın əhatə dairəsinin genişləndirilməsi istiqamətində əlavə işlər görülməsini tapşırdı: “Ölkə başçısı ilə nazirin görüşü zamanı vacib məqam ortaya çıxmışdı. Nazirlik pay torpağı olan 7000 ailəyə ünvanlı sosial yardım verilməsini təmin edib. Deməli, bundan sonra digər pay torpaq sahəsi olan insanlara da ünvanlı sosial yardım verilməsinə imkan yaradır. Pay torpağı olan insanlara ünvanlı sosial yardım verilməməsi məntiqə sığmayan addımdır. Ünvanlı sosial yardımın dairəsinin genişləndirilərək kiçik pay torpaqları olan digər insanların daxil edilməsini təklif edirəm”.
O qeyd edib ki, gəlirlər yaşayışın minimumundan aşağı olan və ehtiyac meyarından aşağı olan əhaliyə də ünvanlı dövlət sosial yardımı verilməlidir.
Qeyd edək ki, qanunun 9-cu maddəsində ( Sosial yardımın təyin olunması zamanı ailə tərkibində nəzərə alınmayan şəxslər) 9.0.1-ci bəndində "qocalar, əlillər və ya sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evlərində" sözləri "ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələrində" sözləri ilə əvəz edilir.
Dəyişikliklə sosial yardımın təyin olunması zamanı yardımın verilməsi üçün ailə tərkibində ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələrində yaşayan şəxslər nəzərə alınmayacaq.
Qanuna dəyişiklik müzakirələrdən sonra səsverməyə çıxarılaraq qəbul edilib.
Bu şəxslər də ünvanlı sosial yardım ALA BİLƏRLƏR — YENİLİK
19
may
17:39
Qarabağ
KOMMENTLƏR
Ünvanlı sosial yardımın alınması qaydası dəyişir
Azərbaycanda daha 1068 vətəndaşın ünvanlı dövlət sosial yardımı dayandırılıb
Krediti olanlara ŞAD XƏBƏR — Dövlətdən 224 manat yardım ala biləcəksiniz - VİDEO
Hökumət “uşaq pulu”nu bərpa edir? — Pandemiya mövzunu yenidən aktuallaşdırıb
Karantin vaxtı Milli Məclisin iclasları qısa müddətdə keçiriləcək
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Anar Ələkbərov Prezidentə görülmüş işlər barədə məlumat verdi - FOTOLAR
- "Qrem Ukrayna münaqişəsinin davam etməsini istəyirdi" - Tramp
- İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul etdi - FOTOLAR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Şəhid Xudayar Yusifzadənin doğum günüdür
- "Azərbaycanda fəaliyyət göstərmək şirkətlərə daha geniş regional bazara çıxış imkanı yaradır" - Nazir
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- "Dövlətimiz, Ordumuz güclüdür!" - İlham Əliyev