“Bir neçə gün bundan əvvəl Azərbaycan-Ermənistan cəbhə xəttində Ermənistan ordusunun zabiti Qurgen Alaverdyanın tutulması Azərbaycan ordusunun sayıqlığını və gücünü göstərən əsas faktorlardandır”.
Bu barədə avqustun 23-də Goranboy rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin diversiya-kəşfiyyat qrupunun təxribat törətməyə cəhdi ilə bağlı Bakısəsinə açıqlama verən millət vəkili Aydın Mirzəzadə bildirib.
Parlamentarinin sözlərinə əsasən, Tovuz hadisələrindən sonra kəşfiyyat qrupunun rəhbərinin tutulması Ermənistana çox böyük zərbədir: “Kəşfiyyat diversiya qrupunun rəhbərinin tutulması və ermənilərin itki verərək geri çəkilməsi onu göstərir ki, bir tərəfdən Ermənistan öz hərbi provakasiyalarından əl çəkmir və onlar Tovuz hadisələrinin başqa yerdə və başqa formada baş verməsində maraqlıdırlar. İkincisi, cəbhə xəttimiz qorunur və Ermənistan həmişə etdiyi provakasiyalarının cavabını “layiqi” şəkildə alır. Tovuz hadisələrindən sonra kəşfiyyat qrupunun rəhbərinin tutulması, hesab edirəm ki, Ermənistana çox böyük zərbədir. Ermənistan bu gün onun geri qaytarılması üçün Beynəlxalq Qırmızı Xaç Komitəsindən məsələyə qarışmasını xahiş edir. Düşmən tərəfinin onu təcili geri qaytarılmasına təkid etməsi göstərir ki, Alaverdyan bəlkə də Ermənistan üçün çox vacib bir fiqurdur”.
Azərbaycanın Beynəlxalq hüquq normalarına uyğun olaraq bu gün danışıqlarda iştirak etdiyini vurğulayan deputat vurğulayıb ki, Ermənistan özünün hərbi provakasiyalarına son qoymadığı və Azərbaycan torpaqlarını işğalda saxlamağa davam etdiyi müddətdə həmişə Azərbaycandan “layiqli” cavabını alacaq.
“Tovuz hadisələri Azərbaycan ordusunun qüdrətini, Azərbaycan cəmiyyətinin mənəvi ruhunun və vətənpərvərliyinin yüksək olduğunu göstərdi. Heç də təsadüfi deyil ki, Ermənistanın keçmiş prezidenti Serj Sarkisyan bu yaxınlarda verdiyi müsahibəsində Azərbaycanın Dağlıq Qarabağın müstəqilliyinə heç bir zaman razı olmayacağını bildirdi. Bunu artıq Ermənistan cəmiyyətində ən başıqanlı ultra millətçi nümayəndələri belə etiraf edirlər. Məqsədimiz ərazi bütövlüyünün təmin edilməsidir, siahlı qüvvələrimizi həmişə döyüşə hazır vəziyyətdə saxlamaqdır. Torpaqlarımız işğaldan azad edilməyənə qədər Azərbaycan bütün vasitələrlə Ermənistana təzyiq göstərəcəkdir”, - deyə millət vəkili vurğulayıb.
“Ermənistan Azərbaycandan layiqli cavabını alacaq” – Millət vəkili
26
avqust
11:39
Qarabağ
KOMMENTLƏR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Anar Ələkbərov Prezidentə görülmüş işlər barədə məlumat verdi - FOTOLAR
- "Qrem Ukrayna münaqişəsinin davam etməsini istəyirdi" - Tramp
- İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul etdi - FOTOLAR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Şəhid Xudayar Yusifzadənin doğum günüdür
- "Azərbaycanda fəaliyyət göstərmək şirkətlərə daha geniş regional bazara çıxış imkanı yaradır" - Nazir
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- "Dövlətimiz, Ordumuz güclüdür!" - İlham Əliyev