“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev fevral ayının 11-də Qobu Enerji Qovşağının açılışını həyata keçirdi. Ölkə başçısı vurğuladı ki, bu obyekt enerji sahəsində Azərbaycanda fəaliyyətə başlayan ən iri enerji obyektlərindən biridir”. Bu sözləri SİA-ya açıqlamasında deputat Elman Nəsirov deyib.

Onun sözlərinə görə, cənab Prezident qeyd etdi ki, son illər ərzində Azərbaycanda enerji istehsalı sahəsinin enerji obyektlərinin işə salınması sahəsində çox böyük işlər görülüb: “Vaxtilə qonşu ölkələrdən elektrik enerjisini idxal edən Azərbaycan bu gün artıq qonşu ölkələrə elektrik enerjisinin ixracatçısına çevrilib. Eyni zamanda Azərbaycanın ixrac etdiyi enerji həm də ölkəmizin iqtisadi gücünün, iqtisadi potensialının bir ifadəsidir”.
Deputat sözlərinə belə davam edib: “Hansı ölkələrdə ki, bu sahədə ciddi nailiyyətlər əldə edilir, həmin ölkələrdə iqtisadiyyat da sürətlə inkişaf edir. Azərbaycanda xüsusilə son 18 il ərzində enerji istehsalı, enerji obyektlərinin işə salınması sahəsində əldə edilmiş nailiyyətlər, məhz indiki iqtisadi uğurlarımızın kökündə dayanan fundamental səbəblərdən biridir.
Eyni zamanda cənab Prezidentin vurğuladığı kimi ölkəmiz həm də bərpa olunan enerjinin istehsal edilməsinə xüsusi prioritet sahə kimi yanaşır və bugün ölkəmizdə bərpa olunan enerji ölkənin ümumi enerji balansında 17 faiz yer tutur. Lakin gələcəkdə 2030-cu ilin sonuna qədər onu 30 faizə çatdırmaq əsas strateji hədəflər sırasındadır. Bununla belə, Qarabağın yaşıl zonaya çevrilməsi dövlətimizin prioritet istiqamətidir və eyni zamanda cənab Prezident də bunu dəfələrlə qeyd edib ki, Qarabağda 7200 meqavatlıq günəş enerjisi potensialı və 2000 meqavatlıq isə külək enerjisi potensialı var. Bu da onu göstərir ki, cənnətə çevriləcək Qarabağ eyni zamanda yaşıl bir zona kimi də tanınacaq. Bu da Azərbaycanın gücünün və potensialının təsdiqidir. Bu həm də onun təsdiqidir ki, Azərbaycan işğaldan azad edilmiş ərazilərdə məhz bərpa olunan enerji potensialına böyük əhəmiyyət verir. Bu da olduqca vacib məsələlərdən biridir.
Ölkə Prezidenti bir daha vurğuladı ki, belə enerji obyektlərinin açılması prosesi bundan sonra da davam etdiriləcək və bu bir daha ölkənin gücünün, onun imkanlarının və potensialının bir göstəricisidir”.скачать dle 12.1