“Prezident İlham Əliyev Bakı Enerji Həftəsi çərçivəsində 27-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin rəsmi açılış mərasimində Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rolu yüksək qiymətləndirdi. Qeyd etdi ki, müasir geosiyasi reallıqlar fonunda Azərbaycanın enerji ehtiyatlarına olan tələbat kəskin şəkildə artır və bu istiqamətdə Azərbaycan üzərinə götürdüyü öhdəlikləri ləyaqətlə yerinə yetirir. Cənab Prezident bildirdi ki, 2021-ci ildə Azərbaycandan 22 milyard kubmetr təbii qaz ixrac edilir. Bu qazın da 8,2 milyard kubmetri Avropa bazarı üçün göndərilib. Bu il isə 24 milyar kubmetr təbii qazın ixfracı planlaşdırılır. Azərbaycan 9 milyard kubmetrdən çox qazı Avropa bazarı üçün satacaq. 2023-cü ildə isə bu rəqəmin daha böyük olacağı gözlənilir. Təkcə “Şahdəniz” yatağından deyil, digər yataqlardan da qaz hasil olunacaq. Bu da Avropanın artan enerji tələbatının ödənilməsində çox mühüm amillərdən biridir”.
 
Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.
 
Deputat qeyd edib ki, Prezident neft ixracı məsələlərinə də xüsusi diqqət çəkib: “Dövlət başçısı qeyd etdi ki, bir çox hallarda Azərbaycanın bu sahədəki potensialı düzgün qiymətləndirilməyib və bu günədək potensialdan tam istifadə edilməyib. Azərbaycan həm də neft ixrac edən dövlətdir. Eyni zamanda, tranzit ölkə kimi geniş potensialı var. Bu da diqqətdən yayınmamalıdır. Bu sahənin çox geniş perspektivi var. Prezident vurğuladı ki, enerji təhlükəsizliyində Azərbaycan hazırda şaxələndirmə siyasətinə sadiq qalaraq 3 neft, 4 qaz boru kəməri ilə dünya ölkələrinin tələbatının ödənilməsində ciddi amilə çevrilib. Bizim üçün prioritet sahə günəş və külək enerjisindən, bərpa olunan enerji mənbələrindən daha səmərəli istifadə məsələləridir. Cənab Prezident bildirdi ki, hazırda günəş və küləyə əsaslanan 2 elektrik stansiyası inşa olunmaqdadır. Gücü 470 meqavatdır. 2023-cü ildə bu stansiyalar istifadəyə veriləcək. Cənab İlham Əliyev qeyd etdi ki, Xəzər dənizinin günəş və külək enerji potensialı 150 min meqaVatdır. Bu, çox nəhəng potensialdır. İşğaldan azad olunmuş ərazilərimizdə, xüsusən Kəlbəcər və Laçının külək və günəş potensialı 9-10 min meqaVatdır. Hidroelektrik enerjisini də bura əlavə etsək, bu, əlavə 1000 meqavat deməkdir. Göründüyü kimi, Azərbaycan təkcə neft-qaz potensialına deyil, həm də bərpa olunan çox böyük enerji potensialına malik ölkədir. Dünya dövlətləri də bunu görür və qiymətləndirir. Nəzərə alsaq ki, SOCAR və BP arasında azad olunmuş Cəbrayıl rayonunda 200 meqavatlıq gücə malik elektrik stansiyasının müzakirə səviyyəsindədir. Belə bir stansiyanın tikilməsi gözlənilir. Cənab Prezidentin yürütdüyü siyasət sayəsində enerji heç bir halda siyasi alətə çevrilməyib. Biz Avropanın enerji təhlükəsizliyinə töhvə veririk. Bu siyasətimiz heç bir halda üçüncü bir dövlətin əleyhinə yönəlməyib”, - deputat bildirib.скачать dle 12.1