“Azərbaycan Respublikasının prezidenti Cənab İlham Əliyev  Bakı Enerji Həftəsi çərçivəsində 27-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin rəsmi açılış mərasimində geniş nitq söylədi. Bu nitqində Cənab Prezident Azərbaycanın həyata keçirdiyi enerji təhlükəsizliyinin bir sıra mühüm parametrlərinə diqqəti cəlb etdi. Eyni zamanda Azərbaycanın Avropanın artan enerji tələbatının ödənilməsindəki yeri və rolunu çəkisini əsaslandırdı, ona yüksək qiymət verdi”. 

Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib. Deputat qeyd edib ki, bu çıxışda ən çox diqqəti cəlb edən məqamlardan biri də Azərbaycan təkcə ənənəvi enerji potensialı ilə bağlı deyil, eyni zamanda günəş və külək enerjisindən ala biləcəyi enerji potensialı ilə bağlı məsələlərə də diqqət çəkdi:
“Cənab prezident çıxışında vurğuladı ki, hazırda biri günəş, digəri külək olmaqla iki elektrik stansiyası inşa olunur və bunların birgə gücü 470 meqavatdır. Bu hər iki stansiya 2023-cü ildə istifadəyə veriləcək  və bu bərpa olunan enerji mənbələrinin işə salınması prosesində yalnız başlanğıcdır. Yalnız vurğuladı ki, bu, çox mühüm rəqəmlərdir. Xəzər dənizinin günəş və külək enerjisi potensialı 150 min meqavatdır. Bu, çox nəhəng həcmdir. Bunlar bərpa olunan enerji mənbələridir. Eyni zamanda Cənab Prezident diqqəti ona cəlb etdi ki, işğaldan azad olunmuş ərazilərin, xüsusilə Kəlbəcər və Laçının külək və günəş potensialı  9-10 min meqavatdır. Hidroelektrik enerjisi də əlavə edilsə bu siyahıya daha əlavə 1000 meqavat enerjinin əridilməsi anlamına gəlir. Bütün bu addımların atılması nəticəsində qaza qənaət baş verəcək ki, bu da Azərbaycanın qaz ixracı potensialının daha da artmasına gətirib çıxaracaq”. 

“Beləliklə, Azərbaycanın keçən illəri təbii qaz ixracı 22 milyard kubmetr idi. Bu illəri onun 24 milyard kubmetrə çatacağı gözlənilir. 2023-cü ildə isə daha böyük göstəricilərin əldə edilməsi mümkündür. Eyni zamanda təkcə Şahdənizlə yanaşı digər yataqlardan da qaz hasil olunacaq. Və bu nəticə etibarilə Avropanın qaza kəskin artan tələbatını ödənilməsi baxımından Azərbaycanın yeri, rolu, və çəkisinin daha da artması anlamına gəlir. Beləliklə, Azərbaycan prezidenti Cənab İlham Əliyevin həyata keçirtdiyi enerji təhlükəsizliyi siyasəti nəticəsində Azərbaycan bu günləri etibarlı tərəfdaş kimi qəbul edilir. Azərbaycanın enerji siyasətinin heç bir üçüncü dövlətin əleyhinə yönəlmədiyi faktı üzə çıxır. Bunun da nəticəsində bu gün Azərbaycanın enerji təhlükəsizliyi siyasəti dövlətimizin maraqlarına xidmət göstərir. Eyni zamanda tranzit ölkələrin və alıcı ölkələrin maraqları təmin edilmiş olur”.
скачать dle 12.1