"Azərbaycan Rusiya münasibətləri mahiyyət etibarı ilə strateji tərəfdaşlıq münasibətləridir. Fundamental məsələlərdə mövqelərimiz üst-üstə düşür”.
Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov Rusiya ilə Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi ərəfəsində iki ölkə arasında mövcud münasibətlərin səviyyəsini dəyərləndirərkən deyib:
"Xüsusən də 44 günlük Vətən müharibəsi dövründə Rusiya öz neytrallığını qoruyub saxladı. Ermənistan siyasi rəhbərliyinin Moskvanı da bu müharibəyə cəlb etmək niyyəti fiaskoya uğradı. Onların KTMT-ni də müraribəyə sürükləmək siyasəti heç bir nəticə vermədi”.
Deputatın qənaətincə, Azərbaycanda rus dilli məktəblərin mövcudluğu da Bakı-Moskva əlaqələrinin yüksək səviyyədə olduğunun göstəricisidir:
"Moskva ilə Bakı arasında münasibətlər iqtisadi sahədə də dinamik inkişaf tempinə malikdir. Humanitar sahədə əməkdaşlıq yüksək səviyyədədir.
Azərbaycanda rusdilli məktəblərin mövcudluğu Rusiya tərəfindən də yüksək qiymətləndirilir. Nəzərə alaq ki, rus dili BMT-nin əsas 6 dilindən biridir”.
E. Nəsirovun fikrincə, ikitərəfli münasibətlərimizin strateji xarakterdə olduğunu şərtləndirən amillərdən biri də odur ki, rəsmi Moskva Azərbaycan Prezidenti İlham Əliyevin müstəqil xarici siyasət kursu həyata keçirdiyini gözəl bilir:
"Hansı ki, bu siyasət ölkəmizin milli maraqlarına əsaslanır, təbii ki, tərəfdaşlarımızın da maraqlarını nəzərə alır. Moskvada gözəl bilirlər ki, Bakının ABŞ-la strateji tərəfdaşlıq münasibətləri də heç bir halda Rusiya əleyhinə yönəlməyib. Azərbaycan-Rusiya münasibətlərinin inkişafını Vaşinqtonda da diqqətlə izləyirlər. Onların da gəldiyi nəticə budur ki, həmin münasibətlər heç bir halda ABŞ-a qarşı yönəlməyib. Ona görə ki, Azərbaycan Prezidenti dəqiq şəkildə dövlətimizin milli maraqlarına söykənən siyasət yürüdür. Bunun nəticəsidir ki, ABŞ-ın hərbi rəhbərliyinin Rusiyanın hərbi rəhbərliyilə 7 görüşü Bakıda baş tutub. Bu da Azərbaycan dövlətinin yeritdiyi uğurlu daxili və xarici siyasətin hesabınadır. Bütün bu reallıqlar Azərbaycan-Rusiya münasibətlərinin yüksək səviyyədə olduğunu şərtləndirir”.
ABŞ da, Rusiya da gözəl bilir ki, Azərbaycanın siyasəti... – Nəsirov
18
fevral
12:24
Qarabağ
KOMMENTLƏR
Qırğızıstan Azərbaycanın strateji müttəfiqidir - Deputat
"Rusiya-Azərbaycan münasibətləri özünün ən yüksək mərhələsinə daxil olur"— ŞƏRH
Elman Nəsirov: “Azərbaycan tərəfinin addımları Rusiya dövlətinə qarşı yönəlməyib”
Azərbaycan Rusiya və Ukrayna arasında vasitəçilik edə bilər - Deputatdan AÇIQLAMA
Azərbaycan Rusiya və Ukrayna arasında vasitəçilik edə bilər - Deputatdan AÇIQLAMA
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı