Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “Aqrar Tədarük və Təchizat” ASC tərəfindən həyata keçirilən, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı və “PAŞA Holding” tərəfindən dəstəklənən Aqrar Fəaliyyətli Azərbaycan Qadınları (AFAQ) layihəsi çərçivəsində qadın fermerlərlə növbəti görüş İsmayıllı rayonunun Sumağallı kəndində baş tutub.
Bakısəsi xəbər verir ki, görüşdə İsmayıllı rayon İcra Hakimiyyətinin rəhbərliyi, “Aqrar Tədarük və Təchizat” ASC-nin və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının nümayəndələri, İsmayıllı Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) direktoru, Sumağallı kəndində fəaliyyət göstərən və layihə çərçivəsində keçirilən təlimləri uğurla tamamlayan qadın fermerlər iştirak ediblər.
Görüş zamanı qadın fermerlərin təsərrüfatlarına baxış keçirilib, təsərrüfat sahiblərinə ehtiyaclarına uyğun olaraq müvafiq avadanlıqlar (inkubator, medaqon, süd sağan aparat, seperator, yem üyüdən aparat və s.) verilib.
Qeyd edək ki, layihəyə ilkin mərhələdə 500-ə yaxın qadın fermer müraciət edib, onlardan 72 fermerin təsərrüfatına baxış keçirilərək qiymətləndirmə aparılılıb. Yerli və xarici mütəxəssislər tərəfindən keçirilən təlim və konsultasiya dəstəyindən bu günə qədər 300-ə yaxın qadın fermer faydalanıb. Layihənin şərtlərinə uyğun gələn təsərrüfat sahiblərinə göstərilən texniki, konsultasiya və təlim dəstəyinin bundan sonra da davam etdirələcək.
Xatırladaq ki, AFAQ layihəsi aqrar sahədə fəaliyyət göstərən qadınların dəstəklənməsi, onların bilik və bacarıqlarının artırılması, maliyyə və digər resurslara çıxışlarının asanlaşdırılması məqsədi ilə icra edilir. Bundan əvvəl Şamaxı rayonunun Məlikçobanlı kəndindən olan 3 qadın fermer də layihənin dəstəyindən faydalanıb. Onlara xırdabuynuzlu və iribuynuzlu kənd təsərrüfatı heyvanları verilib.
Layihədə iştirak etmək üçün qadın fermerlər afaq.az saytı vasitəsi ilə qeydiyyatdan keçə, ATT-nin Regional İdarələrinə, eləcə də rayon DAİM-lərinə müraciət edə, 1652 və ya +994504008899 nömrəsi ilə əlaqə saxlaya bilərlər.
AFAQ layihəsi çərçivəsində qadın fermerlərə dəstək göstərilir
26
avqust
16:40
Qarabağ
KOMMENTLƏR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Anar Ələkbərov Prezidentə görülmüş işlər barədə məlumat verdi - FOTOLAR
- "Qrem Ukrayna münaqişəsinin davam etməsini istəyirdi" - Tramp
- İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul etdi - FOTOLAR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Şəhid Xudayar Yusifzadənin doğum günüdür
- "Azərbaycanda fəaliyyət göstərmək şirkətlərə daha geniş regional bazara çıxış imkanı yaradır" - Nazir
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- "Dövlətimiz, Ordumuz güclüdür!" - İlham Əliyev