Bu gün Bal yarmarkasında iştirak edən arıçılar Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan “Aqrar Tədarük və Təchizat” Açıq Səhmdar Cəmiyyəti tərəfindən təltif ediliblər.
Nazirlikdən Unikal.org-a verilən məlumata görə, mükafatlandırılma mərasimində 321 arıçıya yarmarkada iştiraklarına görə “İştirak şəhadətnaməsi”, 24 arıçıya keyfiyyət və qida təhlükəsizliyi göstəriciləri ən yüksək bal və arıçılıq məhsulları təqdim etdiyinə görə “Keyfiyyətli arıçı” sertifikatı, 38 arıçıya nümunəvi iştirakına, nizam-intizam qaydalarına yüksək səviyyədə riayət etdiyinə görə “Fərqlənmə sertifikatı”, 10 arıçıya isə www.bal.kendden.az saytında keçirilən reytinq sorğusuna əsasən müştərilər tərəfindən məhsulları yüksək qiymətləndirildiyinə görə “Reytinq sertifikatı” təqdim edilib.
Qeyd edək ki, “Aqrar Tədarük və Təchizat” ASC və Arıçılar Assosiasiyasının birgə təşkilatçılığı ilə baş tutan arıçılıq məhsullarının 20-ci Respublika Sərgi-Satış Yarmarkasında ölkənin 37 rayon və regionu üzrə 321 arıçı iştirak edib. Hər arıçı satışa hər arı ailəsi üzrə 10 kq olmaqla maksimum 400 kq bal və hər arı ailəsi üzrə 1 ədəd olmaqla maksimum 30 ədəd arı şanı (çərçivə) çıxarmaq hüququna malik olub. Yarmarkaya təqdim olunan məhsullardan nümunələr götürülərək Qida Təhlükəsizliyi Agentliyi tərəfindən laboratoriya şəraitində yoxlanılıb. Satışa keyfiyyət və qida təhlükəsizliyi göstəriciləri uyğun olan arıçılıq məhsulları buraxılıb.
Bal yarmarkasında iştirak edən arıçılar təltif olunub
19
oktyabr
14:30

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat