"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Ağcabədi, Ağdam rayonlarına səfəri onu göstərdi ki, işğaldan azad olunmuş ərazilərimizin bərpası və yenidənqurulması vacib məsələlərdən biridir". Bu sözləri SİA-ya açıqlamasında deputat Elman Nəsirov deyib.

Onun sözlərinə görə, bununla yanaşı regionlarımızın inkişafı məsələsi də dövlətimizin qarşısında duran ən mühüm məsələlərdən biridir: "Bu məntiqlə də cənab Prezidentimizin Ağcabədi və Ağdam rayonlarına səfəri çərçivəsində çox mühüm strateji əhəmiyyətli obyektlərin açılışı həyata keçirilmişdir. Elektrik enerji istehsalı müəssələrinin açılışı çox böyük məna və əhəmiyyət kəsb edir. 2021-ci ilin son nəticələrinə görə qeyri-neft sənayesinin inkişafı 20 faizi ötüb kecib. Bu birbaşa onu təsdiqləyir ki, ölkənin qeyri-neft sektorunda çox böyük inkişaf var".
Deputat sözlərinə belə davam edib: "Heç şübhəsiz ki, neft sənayesinin inkişafından danışarkən turizimin də inkişafını qeyd etmək lazımdır. Ağdam şəhərində "Park Fores Hotel", Ağdam mehmanxanasının təməlinin qoyulması turizmin inkişafının göstəricisidir. Cənab Prezident Qarabağı dünyanın ən gözəl guşələrindən birinə çevirməyi hədəfə almışdır.
Cənab Prezidentin Ağdama səfəri nəticəsində Ağdamda yaşayış kompleksinin əsası qoyuldu. Cənab Prezident Ağdamda Cümə Məscidinin bərpası ilə də yaxından tanış oldu. Ağdam Cümə Məscidinin restavrasiya işləri ilə Heydər Əliyev Fondu məşğul olur. İşğaldan azad olunmuş ərazilərimizdə səhiyyə infrastrukturunun yaradılması müstəsna əhəmiyyət kəsb edir. Ən mühüm məsələ pandemiya dövründə sağlamlıq məsələsidir. Ağdamda mərkəzi xəstəxananın əsasının qoyulması məhz bu məsələyə xidmət edir. Ağcabədidə Daxili İşlər Nazirliyinin daxili qoşunlarının yeni inşa olunan hərbi şəhərciyi də istifadəyə verildi. Bununla da bütün lazım olan infrastruktur formalaşıb".скачать dle 12.1