“Məlum olduğu kimi yanvar ayının 30-da ölkə Prezidenti cənab İlham Əliyevin Gəncə şəhərinə səfəri oldu. Bu səfər bir daha onu göstərdi ki, Azərbaycanın Bakıdan sonra ikinci ən böyük şəhəri Gəncədir və bu şəhərin inkişafı məsələləri dövlət rəhbərinin daim diqqət mərkəzindədir”. Bu sözləri SİA-ya açıqlamasında deputat Elman Nəsirov deyib. Onun sözlərinə görə, cənab Prezidentin özünün də qeyd etdiyi kimi hal-hazırdakı reallıqda, yəni post-münaqişə dövründə bir nömrəli hədəfimiz Qarabağ və Şərqi Zəngəzurun bərpasıdır: “Cənab Prezidentin Gəncəyə səfəri bir daha bütün bunları təsdiqlədi. Səfər çərçivəsində açılışı və təməlqoyma mərasimi keçirilən infrastruktur layihələri də bu fikiri təsdiqlədi”.Mən, xüsusilə Gəncə Memorial Kompleksinin təməlqoyma mərasimini qeyd etmək istəyirəm. Bunun doğurdan da çox böyük mənası var. Ermənistanın Gəncə şəhərinə qarşı etdiyi hərbi cinayətkarlıq siyasətini bütün dünya gördü. Cəbhə bölgəsindən kifayət qədər uzaqlıqda olan Gəncə şəhəri və onun dinc əhalisi keçən il oktyabr ayı ərzində 5 dəfə hədəfə alındı. Orada 6-sı uşaq olmaqla 26 nəfərin həlak olması, 142 nəfərin yaralanması erməni faşizminin əsl xislətini bütün düyaya nümayiş etdirdi.Deputat sözlərinə belə davam edib: “Bu baxımdan Memorial Kompleksin açılması mühüm əhəmiyyət kəsb edir və bu cür hərbi cinayətə imza atmaqla Ermənistan həm də 1993-cü ilin Cenevrə konvensiyalarını, ona əlavə olunan protokolları pozmuş oldu. Ermənistan buna görə məsuliyyət daşıyır.Eyni zamanda, cənab Prezidentin bu səfəri çərçivəsində artıq Gəncədə ikinci "ASAN" Xidmət mərkəzi açıldı. Bu mərkəzdə 320-dən çox sahə üzrə xidmət həyata keçiriləcək. Bu ölkəmizin sayca 22-ci "ASAN" Xidmət mərkəzidir. Bu mərkəzin açılışı onu göstərir ki, əhali belə mərkəzlərin fəaliyyətindən kifayət qədər məmnundur.Səfər çərçivəsində heç şübhəsiz ki, Gəncə Akademik Dram teatrının yeni binasının istifadəyə verilməsi xüsusi qeyd olunmalıdır. Cənab Prezident artıq 18 ildir ki, Azərbaycana rəhbərlik edir və 18-ci dəfədir Gəncəyə gəlir. Bu orta hesabla hər il Gəncəyə gəlmək deməkdir və hər gəlişində də çoxsaylı infrastruktur layihələrin işə salınması ilə yadda qalır. Bütün bunlar onu göstərir ki, Azərbaycanın ikinci böyük şəhərində belə mühüm layihələrin həyata keçirilməsi cənab Prezidentin birbaşa rəhbərliyi altında reallaşmaqdadır.Eyni zamanda Gəncə İdman Sarayının tikinti işləri qeyd olunmalıdır. Çünki Azərbaycan bu gün idman sahəsində öz sözünü deyən dövlətlərdəndir. Bu əslində idman sahəsində dövlət başçısının rəhbərliyi altında Azərbaycan inkişaf etmiş dövlətlər sırasındadır.скачать dle 12.1