Azərbaycanlı deputatlar fevralın 24-də və 25-də Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (ATƏT PA) hibrid formatda keçiriləcək qış sessiyasında iştirak edəcəklər.
Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Milli Məclisin deputatı, Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri, qurumun vitse-prezidenti və Cənub-Şərqi Avropa üzrə xüsüsi nümayəndəsi Azay Quliyev sessiyada iştirak etmək üçün fevralın 22-də Avstriyanın paytaxtı Vyanaya səfər edəcək. Tədbirə parlamentin komitə sədri Tahir Mirkişili, deputatlar Ağalar Vəliyev, Ülviyyə Ağayeva, Əminə Ağazadə və Tural Gəncəliyev onlayn şəkildə qoşulacaqlar.
Sessiyada ATƏT PA-nın ümumi komitələrinin və xüsusi nümayəndələrinin hesabatları təqdim ediləcək, beynəlxalq siyasi vəziyyət müzakirə olunacaq, təşkilatın növbəti dövr üçün fəaliyyət planı təsdiq ediləcək.
Deputatlarımız gündəlik üzrə müzakirəyə çıxarılan məsələlərlə bağlı ölkəmizin mövqeyi baxımından fikirlərini açıqlayacaq, qeyd və təkliflərini bildirəcəklər.
Vyanaya səfər çərçivəsində fevralın 23-də deputat Azay Quliyev ATƏT-dəki Daimi Nümayəndəliyimiz və ATƏT-də Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi tərəfindən birgə təşkil edilən Xocalı soyqırımına həsr edilmiş "Sülh və ədalət: beynəlxalq insan haqlarına və beynəlxalq humanitar hüquqa dair pozuntuların aradan qaldırılması üçün münaqişədən sonrakı barışıq və sülh quruculuğu vacib bağlantı kimi” mövzusundakı konfransda iştirak edəcək.
Azərbaycanlı deputatlar ATƏT PA-nın qış sessiyasında iştirak edəcəklər
21
fevral
18:34
Qarabağ
KOMMENTLƏR
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı