Milli Məclisin deputatları Ermənistan paytaxtı İrəvana səfər edəcəklər. 
Deputatlar Tahir Mirkişili və Soltan Məmmədov sabah İrəvanda AVRONEST Parlament Assambleyasının komitə iclasında iştirak edəcək. 
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin yaydığı məlumatda qeyd olunur ki, deputatlar iclaslarda müzakirə olunacaq məsələlərdə Azərbaycan tərəfinin mövqeyini bildirəcəklər.
Xatırladaq ki, AVRONEST Parlament Assambleyası bürosunun və komitələrinin iclası 19-22 fevral tarixlərində İrəvanda keçiriləcək.
***
AVRONEST Parlament Assambleyasının komitə iclasında iştirak edəcək Milli Məclisin deputatları Ermənistanın paytaxtı İrəvana gedib.
“Sputnik Ermənistan” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ermənistanın hakim “Vətəndaş müqaviləsi” partiyasının deputatı Mariya Karapetyan deyib. 
“Səhv eləmirəmsə, azərbaycanlı deputatlar artıq İrəvandadırlar”, - deyə Karapetyan söyləyib.
скачать dle 12.1