Rusiya Müdafiə Nazirliyinin son günlər verdiyi açıqlamalar Azərbaycan Müdafiə Nazirliyi tərəfindən qınandı və Dağlıq Qarabağ ifadəsinin işlədilməsinin düzgün olmadığı, bunun Rusiya ilə Azərbaycan arasında imzalanan bəyannaməyə də zidd olduğu qeyd edildi.
Bundan başqa Rusiya MN ötən gün Azərbaycan hərbçilərinin Azərbaycan Silahlı Qüvvələrinin nəzarətində olan Fərrux kəndini tərk etdiyini də bildirib.
Azərbaycan MN-nin verdiyi açıqlamada sanki Rusiya MN ilə Prezident Putin arasında rabitənin olmadığı vurğulanır...
Maraqlıdır, hər iki tərəf arasında bu xüsusda fikir ayrılığı ola bilərmi?
Mövzu ilə bağlı Sfera.az-a danışan millət vəkiliElman Nəsirov Rusiya Müdafiə Nazirliyinin Azəbaycanla bağlı son açıqlamasının ikitərəfli əlaqələri sual altına aldığını deyib:
"Fərrux kəndinin və eyni adlı yüksəkliyin Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə keçməsi Rusiya, ABŞ və Fransanı ciddi narahat edib. Onların bütün poblemləri qalıb bir kənarda, bu məsələyə istiqamətləniblər. Rusiya Müdafiə Nazirliyinin bu xüsusda mövqeyi təəssüf doğurur və onlar birmənalı
olaraq ermənipərəst mövqe nümayiş etdirirlər. Nazirliyin işlətdiyi ifadələr ikitərəfli münasibətlərə tamamilə ziddir və gələcək münasibətlərin normal olmasına şübhə doğurur. Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, Azərbaycanın inzibati ərazi vahidlərini səsləndirərkən doğru ifadələrdən istifadə etmək lazımdır. Dağlıq Qarabağ deyilən ərazi yoxdur. Qarabağ iqtisadi rayonu və Şərqi Zəngəzur iqtisadi rayonu var. Müraciətlər də məhz belə olmalıdır".
Deputat Prezident Putin və Rusiya Müdafiə Nazirliyi arasındakı əlaqələrə də toxunub:
"Son zamanlar həm Rusiya, həm də Qərb siyasi dairələrində yenə də ATƏT-in Minsk qrupuna istinad edilir. Bu gün bu qrupun üç həmdsədrindən ən azı ikisi faktiki olaraq Rusiya ilə müharibə şəraitindədir və bir-birlərinə açıq şəkildə düşmən deyirlər. ABŞ Prezidenti Cozef Bayden Rusiya prezidentini hərbi cani adlandırır. Münasibətlərin bu mərhələsində onlar öz problemlərini həll etməkdənsə, bizim problemimizi həll edəcəklərini bildirirlər.
Hesab edirəm ki, indiki məqamda ATƏT-in Minsk qrupunun buraxılmasının əsl məqamıdır. Putin və Əliyev arasında imzalanan məlum müttəfiqlik sənədinə uyğun olmayaraq belə bir mövqe ortaya qoyulur. Bu nə deməkdir? Rusiyanın siyasi lideri ilə Müdafiə Nazirliyi arasında ixtilaf var? Bunu indi başa düşmək çox çətindir. Lakin danılmaz məsələ odur ki, Azərbaycan ordusu bu gün ərazi bütövlüyümüzü tam mənası ilə təmin edir və bu, gələcəkdə də belə olacaq”.
Rusiya Müdafiə Nazirliyi son açıqlamaları Putindən xəbərsiz verib? – Deputatdan AÇIQLAMA
28
mart
14:46
Qarabağ
KOMMENTLƏR
Elman Nəsirov: “Əli Kərimli Rusiya Müdafiə Nazirliyinin əməkdaşı kimi davranır”
“Rusiya MN-in “Dağlıq Qarabağ” ifadəsini işlətməsi yolverilməzdir” – Elman Nəsirov
Elman Nəsirov: “Bu, həm də rus sülhməramlıların Qarabağdakı fəaliyyətinə kölgə salır”
Ukrayna cəbhəsində düşmən olan Qərblə Rusiya Qarabağda niyə həmrəylik göstərir? - Gizli planın PƏRDƏARXASI MƏQAMLARI
Ukrayna 24 minə yaxın hərbçi itirib - Rusiya MN
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı