Əvvəla, qeyd etmək lazımdır ki, Rusiya-Ukrayna müharibəsi fonunda rəsmi Moskva, heç şübhəsiz, dövlətlərin davranışını diqqətlə izləyir. Bilirsiniz ki, Rusiya düşmən yox, qeyri-dost ölkələr siyahısını müəyyən edib, onlarla enerji sahəsində əməkdaşlığı rublla həyata keçirmək niyyətini ortaya qoyub. Yəni Rusiya üçün bu məsələlər çox həssas məsələlərdir.
Bunu Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov bildirib.
O qeyd edib ki, Ermənistanın formalaşmış indiki reallıqda davranışı, xüsusilə də bir neçə il öncə Rusiyadan aldığı 4 ədəd Su-30M qırıcı təyyarələrinin Ukraynaya göndərilməsi ilə bağlı məsələ bu gün sosial şəbəkələrdə, KİV-lərdə ciddi müzakirə mövzusuna çevrilib:
“Rəsmi İrəvanın bunu Rusiya ilə müttəfiqlik münasibətlərindən və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü olmasından dolayı etdiyi ilə bağlı mətbuatda mövqelər ifadə edilib. Eyni zamanda bu məsələyə birmənalı baxış da yoxdur. Çünki KTMT-nin digər üzvləri heç də anoloji mövqedə dayanmayıblar. Hesab edirəm ki, Ermənistanın bu davranışı, yəni Rusiyadan aldığı təyyarələr vasitəsilə, onların pilotlarının iştirakı ilə Ukrayna səmasına daxil olması, orada bombalama əməliyyatı həyata keçirməsi Ukrayna dövlətinin, Ukraynanın ali siyasi və hərbi rəhbərliyinin, Ukrayna ictimaiyyətinin, xalqının, heç şübhəsiz, tarix boyu unutmayacağı bir hadisə olacaq. Rəsmi Kiyevin bu məsələlərlə bağlı öz siyasətini müəyyən edərkən perspektivdə müəyyən ciddi düzəlişlər edəcəyi istisna deyil”.
Bəzi bloqerlərin hökumətin həmin qırıcıların Azərbaycan ərazisindən keçməsinə nəyə görə icazə verməsinə dair iddialarına aydınlıq gətirən Elman Nəsirov hesab etdiyini bildirib ki, bu fikirlər real vəziyyətə adekvat deyil:
“Müəyyən siyasi dairələr burada Azərbaycanın da adını hallandırmağa çalışırlar. Ermənistana məxsus təyyarələrin Ukraynaya getməsi üçün digər hava məkanlarından istifadə etmək imkanları, yəni belə məsələlər üçün alternativ marşrutlar da var. Bu, heç kim üçün sirr deyil və 44 günlük Vətən müharibəsi dövrü daxil olmaqla mövcud təcrübə bunu göstərir. Bunun üçüncü dövlətlər, Xəzərin Azərbaycana aid olmayan hissəsi vasitəsilə, İrandan keçməklə və digər ərazilərdən həyata keçirilməsi mümkündür. Belə olduqda Azərbaycan prosesə nəzarət edə bilmir. Ona görə də burada Azərbaycanın adının hallandırılmasına ehtiyac yoxdur. Amma görünür müəyyən siyasi dairələr məqsədyönlü şəkildə bu addımı atırlar”.
Elman Nəsirov əlavə edib ki, Azərbaycan dövlətinin Rusiya-Ukrayna müharibəsinin tezliklə sülh yolu ilə həll edilməsi ilə bağlı prinsipial və qətiyyətli mövqeyi var:
“Biz beynəlxalq hüquq çərçivəsində, dövlətlərin ərazi bütövlüyü, suverenliyi və sərhədlərin toxunulmazlığı prinsipi əsasında problemin həllini istəyirik. Azərbaycanın Ukrayna ilə inkişaf etmiş münasibətləri, Rusiya ilə müttəfiqlik əlaqələri var. Azərbaycan bu iki dövlət arasında müharibənin tezliklə öz həllini tapmasında və qardaş qırğınına gətirib çıxarmış bu fəlakətə son qoyulmasında çox maraqlıdır. Bizim prinsipial və qətiyyətli mövqeyimiz bundan ibarətdir. Bunu rəsmi Kiyev də çox yüksək qiymətləndirir, rəsmi Moskva da Azərbaycanın haqlı mövqeyi görür. Hesab edirəm ki, Ermənistanın bu məsələdəki davranışı isə rəsmi Kiyev üçün çox reallıqları, çox həqiqətləri bir daha üzə çıxardı. Mənə elə gəlir ki, gələcəkdə Ukrayna-Ermənstan münasibətlərində ciddi ixtilafların və gərginliklərin yaranacağı istisna deyil. Çünki Ukrayna dövləti və xalqı Ermənistanın bu xaincəsinə davranışını heç zaman yaddan çıxarmayacaq”.
Bu məsələdə Azərbaycanın adının hallandırılmasına ehtiyac yoxdur – Deputat
03
aprel
12:39
Qarabağ
KOMMENTLƏR
Elman Nəsirov: “Azərbaycan Rusiya ilə müttəfiqdir, Ukrayna ilə də ciddi əlaqələrə malikdir”
Elman Nəsirov: “Ukrayna Rusiyaya hücum etmiş olsaydı, mövqeyimiz yenə dəyişməz qalacaqdı”
"Ermənistanın taleyi Azərbaycanla sülh müqaviləsi imzalamaqdan asılıdır" - ŞƏRH
Elman Nəsirov: “Azərbaycan Ukrayna ilə strateji tərəfdaş, Rusiya ilə müttəfiqdir”
Elman Nəsirov: “Bakı və Moskva müttəfiqdir, münasibətlərin bundan yüksək, ali səviyyəsi olmur”
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı