“Azərbaycan dövlətinin Rusiya-Ukrayna müharibəsi ilə mövqeyi bəllidir. Azərbaycanın ali siyasi rəhbərliyi dəfələrlə vurğulayıb ki, bizim üçün bir nömrəli məsələ ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı və suverenlikdir. Hansı dövlət olmasından asılı olmayaraq, Azərbaycan bu mövqeyini müdafiə edir”.
Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov “Avropa Şurası Parlament Assambleyası (AŞPA) Rusiya Federasiyasının Ukraynaya qarşı davam edən təcavüzü: Avropa Şurasının rolu və cavabı” adlı qətnaməsi barədə danışarkən deyib.
Deputat qeyd edib ki, Azərbaycan mövqeyi dəyişməz olduğu üçün ayrı-ayrı detallara deyil, bütövlükdə dövlət siyasətinə diqqət yetirmək lazımdır: “Əks proses baş versəydi, yəni Ukrayna Rusiyaya hücum etmiş olsaydı, bizim mövqeyimiz yenə dəyişməz qalacaqdı”.
Qeyd: “Avropa Şurası Parlament Assambleyası (AŞPA) Rusiya Federasiyasının Ukraynaya qarşı davam edən təcavüzü: Avropa Şurasının rolu və cavabı” adlı qətnamə layihəsinin lehinə azərbaycanlı deputatlardan yalnız deputat Erkin Qədirli səs verib.
Elman Nəsirov: “Ukrayna Rusiyaya hücum etmiş olsaydı, mövqeyimiz yenə dəyişməz qalacaqdı”
28
aprel
11:17
Qarabağ
KOMMENTLƏR
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı