Gəncə Birləşmiş Xəstəxanası Publik Hüquqi Şəxsin Gəncə Perinatal Mərkəzi tərəfindən 16 yaşlı qızın ana olması ilə bağlı açıqlama verilib.
Mərkəzin baş həkimi Sevda Hüseynova Oxu.Az-a açıqlamasında bildirib ki, hamilə qadın xəstəxanaya daxil olan zaman üzərində şəxsiyyət vəsiqəsi olmayıb və o, 2003-cü il təvəllüdlü olduğunu bildirib:
"Gəncə şəhər sakini A.B. aprelin 9-da saat 00:42-də ağır vəziyyətdə, 40 həftəlik hamiləlik diaqnozu ilə mərkəzə daxil olub. Xəstənin vəziyyəti ağır olduğu üçün dərhal cərrahi əməliyyata alınıb. Daha sonra xəstə qeydiyyata alınan zaman onun elektron sistemdə 16 yaşı olduğu məlum olub. Xəstə özü bilərəkdən təvəllüdünü gizlədib. Məsələ aydınlaşdıqdan sonra dərhal hüquq-mühafizə orqanlarına məlumat verilib”.
S.Hüseynova qeyd edib ki, 16 yaşlı ana cərrahiyyə əməliyyatı olunub, dörd kiloqram çəkidə, 52 sm boyunda qız uşağı dünyaya gətirib:
"Hazırda ananın və körpənin vəziyyəti stabildir. Xəstə Gəncə şəhər sakini olsa da, doğum üçün Samux rayonuna müraciət edib. Daha sonra o, həkim müşayiəti ilə mərkəzə gətirilib. Ananın 110 kiloqram çəkisi var. O, zahiri görkəmilə həkimləri aldatmağa çalışıb”.
10:33
"Gəncədə 16 yaşlı qızın ana olması ilə bağlı araşdırma aparılır”.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov bildirib.
O qeyd edib ki, Gəncə Şəhər Baş Polis İdarəsində araşdırmalara başlanılıb və məsələyə hüquqi qiymət veriləcək.
Qeyd edək ki, ana və uşağın vəziyyəti normal qiymətləndirilir.
10:02
Gəncə şəhərində 16 yaşlı qız ana olub.
Bu barədə hüquq-mühafizə orqanlarından məlumat verilib.
Belə ki, şəhər sakini A.B. Gəncə şəhər Abbas Səhhət adına 1 nömrəli xəstəxanasında doğum edib.
16 yaşlı qız 2020-ci ildə ailə həyatı qurub.
Faktla bağlı araşdırma aparılır.
Gəncədə ana olan 16 yaşlı qız həkimləri necə aldatmaq istədi? - YENİLƏNİB + AÇIQLAMA
11
aprel
12:36
Qarabağ
KOMMENTLƏR
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı