Daxili İşlər Nazirliyi (DİN) Gəncədə məktəblilər arasında baş verən bıçaqlanma hadisəsinə münasibət bildirib.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov açıqlamasında bildirib ki, Gəncə Şəhər Baş Polis İdarəsinə şəhər ərazisində yerləşən məktəblərdən birində təhsil alan qıza müxtəlif bədən xəsarətlərinin yetirilməsinə dair məlumat daxil olub:
"Polis əməkdaşları dərhal məktəbə gedib. Müvafiq araşdırmalar aparılıb. Araşdırmalar nəticəsində məlum olub ki, şagirdə öz sinif yoldaşı olan qız tərəfindən boyun və kürək nahiyəsindən bıçaq xəsarəti yetirilib. Faktla bağlı Gəncə ŞBPİ-də Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir", - deyə DİN rəsmisi əlavə edib.
Qeyd edək ki, xəsarət alan məktəbli qız xəstəxanaya yerləşdirilib.
***
13:11
Gəncədə bıçaqlanma hadisəsi baş verib.
Hadisə 8 nömrəli şəhər tam orta məktəbində qeydə alınıb.
Belə ki, 2007-ci il təvəllüdlü 9-cu sinif şagirdi həmcinsi olan sinif yoldaşına bıçaqla xəsarət yetirib. 15 yaşlı qızın sinif yoldaşına boyun və kürək nahiyəsindən 2 zərbə vurduğu bildirilir.
Qeyd edək ki, xəsarət alan məktəblinin vəziyyəti orta ağırdır.
Gəncədə OLAY: Məktəbli qız sinif yoldaşını bıçaqladı (YENİLƏNİB)
19
aprel
13:49

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat