Gəncə şəhərində sahibsiz itlərin güllələnməsi ilə bağlı məsələ nəzarətə götürülüb.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov məlumat verib.
O bildirib ki, faktla bağlı araşdırmalar başlanılıb.
"Məsələ nəzarətə götürülüb, araşdırma aparılır, tezliklə araşdırmanın nəticəsindən asılı olaraq hadisəyə hüquqi qiymət veriləcək", - deyə E.Qasımov qeyd edib.
*** 16:27
Gəncə şəhərində itlərin kütləvi şəkildə öldürüldüyünü əks etdirən görüntülər yayılıb.
Gəncə Şəhər İcra Hakimiyyətindən verilən məlumata görə, İcra Hakimiyyəti tərəfindən belə bir göstəriş verilməyib və hazırda faktla bağlı araşdırma aparılır: “Sahibsiz heyvanların güllələnməsi ilə bağlı Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən heç bir göstəriş verilməyib. Məsələnin araşdırılması üçün aidiyyəti üzrə hüquq-mühafizə orqanlarına müraciət edilib. Bununla yanaşı çəkiliş aparılan sözügedən məişət tullantıları poliqonunun Gəncə şəhərinin ərazisinə aid olub-olmaması da araşdırılır. Həmçinin qeyd edək ki, Gəncə şəhərinin məişət tullantıları poliqonu şəhər kənarında yerləşir və ətraf ərazilərdən də ora tullantılar gətirilir.
Sahibsiz küçə heyvanlarının yerləşdirilməsi üçün hazırda sığınacaq hazırlanır. Yaxın günlərdə sığınacaq fəaliyyətə başlayacaq".
DİN-dən itlərin kütləvi öldürülməsi ilə bağlı AÇIQLAMA (YENİLƏNİB)
04
fevral
18:00

Qarabağ
KOMMENTLƏR
Gəncədə itlər kütləvi şəkildə öldürüldü - VİDEO
Zaqatalada itlərin zəhərləndirilərək öldürülməsi ilə bağlı araşdırma aparılır
Azərbaycanda yeniyetmə qız uşaq dünyaya gətirdi - YENİLƏNİB
Azərbaycanda iti avtomobilin arxasına bağlayaraq sürüyən şəxslə bağlı araşdırma başladıldı - YENİLƏNİB
Sumqayıtda sahibsiz itləri zəhərlədilər? - VİDEO
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat