“ABŞ Prezidenti Co Bayden Azərbaycanın Müstəqilliyi ilə bağlı Prezidenti İlham Əliyevə ünvanladığı təbrik məktubu bir daha sübut edir ki, ABŞ Azərbaycanın regiondakı yerini, rolunu, çəkisini yüksək qiymətləndirir”.
Bunu açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib. Deputatın sözlərinə görə, ABŞ Azərbaycanla bundan sonra strateji tərəfdaşlıq münasibətlərinin qorunub saxlanmasında, daha da inkişafında maraqlıdır:
“Qeyd edim ki, ABŞ prezidentinin ünvanladığı təbrik məktubunda bir sıra çox mühüm tezislər vardır. Co Baydenin təbrik məktubunda diqqətdən yayınmayan əsas məsələlərdən biri Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması ilə bağlı məqamlarım qabardılmasıdır. Co Baydenin mövqeyi belədir ki, o, iki dövlət arasında əlaqələrin intensivləşdirilməsinə maraqlıdır. Uzunmüddətli və davamlı sülhün əldə edilməsi üçün ABŞ öz töhfəsini vermək niyyətindədir. Xüsusilə də, iqtisadiyyat, nəqliyyat, insanlar arasındakı münasibətlərin formalaşması üçün ABŞ öz dəstəyini göstərməyə hazırdır”.
“Ən mühüm məqamlardan biri Azərbaycanın Ukrayna böhranı kontektsində davranışı ilə bağlı məsələlərə ABŞ-ın diqqət ayırmasıdır. Məktubda da qeyd olunur ki, Azərbaycan Ukraynanın suverenliyini dəstəkləyir. Bir neçə dəfə humanitar yardım göstərir və bu məsələdə Azərbaycanın mövqeyi, atdığı addımlar rəsmi Vaşinqton tərəfindən yüksək qiymətləndirilir. Eyni zamanda, Ukrayna böhranı fonunda yaranmış qlobal qeyri-sabitlik məsələlərinə ABŞ prezidenti diqqəti cəlb edir. Bu kontektsdə vurğulayır ki, Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini və müstəqiliiyini ABŞ dəstəklədiyini növbəti dəfə təsdiq edir. Bütün bunlar onu göstərir ki, ABŞ Azərbaycanda gedən bütün prosesləri diqqətlə izləyir”- deyə millət vəkili fikirlərini yekunlaşdırıb.
Deputat: “Rəsmi Vaşinqton Ukrayna məsələsində Azərbaycanın mövqeyini yüksək qiymətləndirir”
21
may
14:18
Qarabağ
KOMMENTLƏR
Elman Nəsirov: "Rəsmi Vaşinqton Prezident İlham Əliyevin mahir diplomat olduğunun fərqindədir"
ABŞ ölkəmizlə strateji tərəfdaşlıq münasibətlərinin inkişafında maraqlıdır
ABŞ prezidentinin İlham Əliyevə yazdığı məktubdan bəzi MƏQAMLAR – ABŞ Qafqazda nə görmək istəyir?
Azərbaycan Rusiya və Ukrayna arasında vasitəçilik edə bilər - Deputatdan AÇIQLAMA
Azərbaycan Rusiya və Ukrayna arasında vasitəçilik edə bilər - Deputatdan AÇIQLAMA
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı