"ABŞ Prezidenti Co Baydenin ölkəmizin müstəqillik günü ilə bağlı Prezident İlham Əliyevə ünvanladığı təbrik məktubu bir daha sübut edir ki, Amerika Azərbaycanın regiondakı yerini, rolunu, çəkisini yüksək qiymətləndirir və bundan sonra da strateji tərəfdaşlıq münasibətlərinin qorunub saxlanması, daha da inkişafında maraqlıdır".
Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov bildirib.
E.Nəsirov qeyd edib ki, məktubda bir sıra mühüm tezislər var: "Birləşmiş ştatlar Azərbaycanın beynəlxalq təhlükəsizliyə verdiyi töhfəni yüksək qiymətləndirir. ABŞ Azərbaycanın enerji təhlükəsizliyinin təminatında rolunu dəyərləndirir. Baydenin mövqeyinə görə, Azərbaycanın bu istiqamətdə çəkisi daha da artmaqdadır. Ötən il Azərbaycan Avropa İttifaqına üzv ölkərə 8.2 milyard kubmetr qaz verib. Bu il isə 19 milyarddan çox olması proqnozlaşdırılır. ABŞ da bunu izləyir, görür. Amerika Birləşmiş Ştatları Azərbaycanın beynəlxalq terrorizmə qarşı mübarizədə oynadığı rola dəyər verir. Ölkəmiz bu məsələdə öndə gedən dövlətlər sırasındadır. Məktubda diqqət edilməli məqamlardan biri Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılmasıdır. Bayden iki dövlət arasında münasibətlərin intensivləşdirilməsində maraqlıdır, ABŞ Cənubi Qafqazda sülh və sabitliyə töhfə vermək niyyətindədir. Azərbaycanın Rusiya-Ukrayna müharibəsi kontekstində davranışı diqqət mərkəzindədir. Qeyd olunur ki, Azərbaycan Ukraynanın suverenliyini dəstəkləyir, bir neçə dəfə humanitar yardım göndərib. ABŞ bunu yüksək qiymətləndirir. Məktubda xüsusi vurğulanır ki, Amerika Birləşmiş Ştatları Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini dəstəkləyir. ABŞ Azərbaycanla əlaqələrin daha da genişlənməsində, intensivləşməsində maraqlıdır. Baydenin məktubu göstərir, ABŞ Azərbaycandakı prosesləri diqqətlə izləyir, ölkəmizin gücləndiyinin, regionda söz sahibi olduğunun fərqindədir, anlayır ki, tarixi nailiyyətin arxasında Prezident İlham Əliyevin müdrik siyasəti, idarəçilik qabiliyyəti, müasir beynəlxalq çağırışları düzgün qiymətləndirmə bacarığı dayanır. Rəsmi Vaşinqton Prezident İlham Əliyevin mahir diplomat olduğunun fərqindədir, ona görə də əməkdaşlığın genişləndirilməsi niyyətini ortaya qoyur".
Elman Nəsirov: "Rəsmi Vaşinqton Prezident İlham Əliyevin mahir diplomat olduğunun fərqindədir"
22
may
10:53
Qarabağ
KOMMENTLƏR
ABŞ ölkəmizlə strateji tərəfdaşlıq münasibətlərinin inkişafında maraqlıdır
Deputat: “Rəsmi Vaşinqton Ukrayna məsələsində Azərbaycanın mövqeyini yüksək qiymətləndirir”
ABŞ prezidentinin İlham Əliyevə yazdığı məktubdan bəzi MƏQAMLAR – ABŞ Qafqazda nə görmək istəyir?
İlham Əliyev Baydeni təbrik etdi
Bayden İlham Əliyevi təbrik ETDİ
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı