“Post-müharibə dövrünün əsas hədəfi olan Azərbaycan və Ermənistan arasında əlaqələrin normallaşdırılması istiqamətində ardıcıl addımlar atılmaqdadır. Azərbaycanın irəli sürdüyü 5 baza prinsipini Ermənistan qəbul edib və artıq etimad mühitinin formalaşdırılması istiqamətində işlər görülür”.

Bu fikirləri Bizim.Media-ya açıqlamasında millət vəkili Elman Nəsirov səsləndirib.

Deputat qeyd edib ki, əsas məqsədlərdən biri yaxın perspektivdə vətəndaş cəmiyyətləri institutları arasında təmaslar başlasın.
 

Millət vəkili post münaqişə dönəmində tərəflər arasındakı danışıqlara da diqqət çəkib:

“Bütün bu proseslər sülh müqaviləsinin imzalanmasını şərtləndirməq məqsədi daşıyır və bu bizim hədəfimizdir. Çünki daimi düşmənçilik etmək mümkün deyil. Eyni zamanda sülh müqaviləsi Ermənistanın özü üçün də vacibdir. Lakin sülh müqaviləsi imzalasaq belə, biz Xocalını heç vaxt yaddan çıxarmayacağıq. Biz ermənilərin törətdiyi vəhşilikləri, vandalizmi, etnik təmizləmə və soyıqırımı heç vaxt unuda bilmərik. Bunu bizə tarix bağışlamaz”.

Elman Nəsirov gələcək perspektivdə Ermənistan Baş naziri Nikol Paşinyanın Azərbaycana gəlməsinin mümkünlüyünü də vurğulayıb:

“Əgər sülh müqaviləsi imzalanar və əlaqələr normallaşarsa, dərhal olmasa belə, gələcək perspektivdə gələ bilər. Amma birmənalı olaraq söyləyə bilərəm ki, Ermənistandan Azərbaycana gələ bilməyəcək iki nəfər var. Təbii ki, siyahını böyütmək olar. Lakin bu iki hərbi caninin Azərbaycana heç bir halda gəlməsi mümkün deyil. Bunlar Köçəryan və Sarkisyandır. Onlar hərbi canilər, Xocalı soyqırımını törədən şəxslərdir. Onlar həbs olunmalı və beynəlxalq tribunalda məsuliyyətə cəlb olunmalıdırlar. 

Paşinyanın gəlişi məsələsi isə, tərəflər arasında normallaşma prosesi baş tutduqdan, qarşılıqlı etimad mühiti formalaşdıqdan, sonra nə vaxtsa, hansısa beynəlxalq tədbir çərçivəsində baş tuta bilər.
Lakin bir daha qeyd edirəm ki, normallaşma o demək deyil ki, biz ermənilərin törətdiyi cinayətləri unutmalıyıq. Bu əsla mümkün deyil. Lakin elə ikitərəfli münasibətlər formalaşdırmalıyıq ki, bu regiona uzunmüddətli sülh və sabitlik gətirmiş olsun”.
скачать dle 12.1