Azərbaycan Respublikası Avropanın enerji təminatında yeni alternativ enerji mənbəyi rolunu oynayır. Belə ki, Aİ ölkələrinin illik qaza olan təlabatı təxminən 500 milyard kub metrdir və bu təlabatın ödənilməsində Azərbaycanın çəkisi artmaqdadır.
Mövzuyla bağlı Sonxeber.az-a Milli Məclisin deputatı, siyasi elmlər doktoru, professor Elman Nəsirov açıqlama verib.
O bildirib ki, Azərbaycanın enerji siyasəti öz konkret nəticələrini verir:
"Azərbaycan Prezidenti cənab İlham Əliyev iyun ayının 1-də baş tutan 27-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin açılış mərasimində də vurğulayıb ki, ölkəmiz Avropa bazarı üçün çox mühüm rol oynayan təchizatçı ölkədir və Avropanın artmaqda olan enerji təlabatının ödənilməsində geniş imkanlara malikdir. Ötən il Azərbaycan 24 milyard kub metr qaz ixrac edib ki, bunun da 8.2 milyard kub metri Aİ ölkələri üçün göndərilib. Bu il Avropa ölkələri üçün rəqəmin 9 milyarddan çox olması gözlənilir. Bütövlükdə isə 24 milyard kub metr qaz ixrac edilməsi planlaşdırılır.
Gələn ildən təkcə nəhəng Şahdəniz yatağından deyil, eləcə də bizim digər qaz yataqlarımızdan Avropa bazarlarına təbii qazın ixracı planlaşdırılır.
Bütün bunlar onu göstərir ki, Azərbaycanın enerji siyasəti öz konkret nəticələrini verir. Bu siyasət heç bir halda üçüncü dövlətə qarşı yönəlməyib və enerji siyasətin əlində alət deyil. Biz şaxələnmə siyasətini həyata keçiririk".
"Azərbaycanın enerji siyasəti öz konkret nəticələrini verir" - Deputat
06
iyun
16:31
Qarabağ
KOMMENTLƏR
Elman Nəsirov: “Avropanın enerji təhlükəsizliyinə töhvə veririk, bu, üçüncü dövlətin əleyhinə yönəlməyib”
E.Nəsirov “Avropanın Azərbaycana diqqəti təkcə qazla bağlı deyil” – özəl
Elman Nəsirov: “Azərbaycanın qaz ixracı potensialı daha da artacaq”
“Azərbaycanın enerji istehsalı və ixracı sahəsində yeni yanaşmaları var” Elman Nəsirli – Özəl
Milli Məclisin iclası başladı: deputat Rusiya-Azərbaycan münasibətlərindən danışdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı