Bakı metrosunda yeni qatarlardan birində orta yaşlı bir kişi sərnişin siqaret çəkib.
Bu barədə sosial şəbəkələrdə görüntülər yayılıb.
Ətrafdakı xanım sərnişinlər yerlərindən duraraq oradan uzaqlaşırlar, digər iki sərnişin isə kişiyə yaxınlaşaraq siqaret çəkməsinin qarşısını almağa çalışır.
Məsələ ilə bağlı “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Oxu.Az-a bildirib ki, bu istiqamətdə araşdırma aparılır:
“Hadisənin nə zaman, hansı stansiyada, hansı vaqonda baş verdiyi aidiyyəti şöbə tərəfindən araşdırılır. Lakin paralel olaraq sərnişinlərimizin bu kimi hallarla qarşılaşdıqları zaman maşinist rabitəsi vasitəsilə maşinistlə əlaqə saxlayıb məlumat vermələri tövsiyə olunur. Eyni zamanda qatar stansiyaya girdiyi zaman həmin qayda pozan sərnişin və ya sərnişinlərə narahatlıq yaradan hər-hansı bir durum barədə metropoliten əməkdaşlarına və metro polisinə də məlumat vermələri arzuolunandır. Bu kimi hallarda bənzər problemlər daha tez müəyyənləşir və aradan qaldırılır. Sözügedən video ilə bağlı araşdırmanın yekun nəticəsi barədə ictimaiyyətə məlumat veriləcək”.
Həmin kadrları təqdim edirik:
Bakı metrosunda sərnişin siqaret çəkdi - Video
09
iyun
12:56
Qarabağ
KOMMENTLƏR
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı