Bakı metrosunda qatarların hərəkətində 8 dəqiqədən çox interval yaranıb.
Bu barədə məlumat "qaynar xətti"nə daxil olub. 
Bildirilib ki, hadisə səhər saat 10:45-də, Azadlıq Prospekti stansiyasında qeydə alınıb. Qatar 8 dəqiqədən çox gecikib. 
Məsələ ilə bağlı "Bakı Metropoliteni" QSC-in mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov BAKU.WS-in sorğusuna cavab olaraq bildirib ki, bu qatarın gecikməsi deyi:
"Sərnişinlərin gur olduğu dəqiqələrdə qatarların manevrindən istifadə edilir. Manevr etmək üçün qatarlar bir istiqamətdən - Neftçilər stansiyasından, digər istiqamətdən isə Meymar Əcəmidən geri qaytarılır. Bu da məhz həmin vaxtın qatarıdır. Qatar Meymar Əcəmi stansiyasından geri qayıtdıqda, avtomatik olaraq Nəsimi, Azadlıq Prospekti və Dərnəgül istiqamətlərində həmin an interval 2 dəfəyə yaxın artıq olur. Biz bu manevri tətbiq etməklə sərnişin sıxlığı, sərnişin axınına nəzarət edirik. Eyni proses Neftçilər stansiyasında da olur. Bu zaman Əhmədli, Xalqlar Dostluğu və Həzi Aslanov stansiyasında interval çox olur. Bunun üstünlüyü ondan ibarətdir ki, metronun ən sıx stansiyalarında sərnişin sıxlığı tənzimlənir. Bu gün metropolitendə heç bir istiqamətdə qatarların hərəkətində gecikmə olmayıb".


скачать dle 12.1