Mingəçevir şəhərində 21 uşaq bağçası-körpələr evi fəaliyyət göstərir. Onlardan 16-nın bərbad vəziyyətdədir.
Yararsız vəziyyətdə olan bağçalardan biri də 9 saylı "Sevinc” uşaq bağçası-körpələr evidir.
9 saylı "Sevinc” uşaq bağçası-körpələr evi şəhərin ən gözəl, mənzərəli, yaşıllıqlar arasında olan bir ərazisində fəaliyyət göstərir. Adından məlum olduğu kimi bu bağçanın körpələri əslində sevinc içərisində olmalıdırlar. Təəssüflər olsun ki, buradakı uşaqlar heç də sevinc içərisində ola bilmirlər.
"Bağça evimizin ərazisində yerləşdiyinə görə, biz uşaqlarımızı bu uşaq bağçasına gətiririk. Amma bağça qəzalı vəziyyətdədir. Bağçada normal bir şərait yoxdur ki, biz uşaqlarımızı bu bağçaya qoya bilək”, - valideynlər deyib.
Müəllimələr də bağçadakı şəraitsizlikdən şikayətlənirlər:
"İndi yay fəslidir, yenə uşaqları həyətə çıxarırıq. Əgər buna bağçanın həyəti demək mümkünsə. Vızıllıq içərisində olan bu bağçanın həyətinə belə uşaq buraxmaq çox təhlükəlidir. Bağçanın qəzalı vəziyyətdə olduğuna görə qazı kəsilib. Elektrik xətləri də o qədər nasaz vəziyyətdədir ki, əgər bir uşağın bilmədən əli toxunsa, həmin an qəza qaçılmazdır. Bağçanın müəllimələri bu vəziyyətdə uşaqlara hansı xidmət göstərsinlər, hamamı, mətbəxi, uşaqların yatdıqları otaqlar insanı heyrətə gətirir”.
Bağçanın müdirəsi Roza xanım bildirib ki, Fövqəladə Hallar Nazirliyi bağçaya baxış keçirib.
"Rəy də verilib ki, bura təhlükəli vəziyyətdədir. Ona görə də bağçanın qazını kəsiblər. Amma elektrik xətlərinə heç baxan yoxdur. Bağçanın həyətində uşaqların əylənməsi üçün heç bir şəraitdən danışmaq olmaz”./yeniavaz
Daha ətraflı:
Mingəçevirdə sevincsiz qalan "Sevinc" uşaq bağçası - Video
22
iyun
17:33
Qarabağ
KOMMENTLƏR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Anar Ələkbərov Prezidentə görülmüş işlər barədə məlumat verdi - FOTOLAR
- "Qrem Ukrayna münaqişəsinin davam etməsini istəyirdi" - Tramp
- İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul etdi - FOTOLAR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Şəhid Xudayar Yusifzadənin doğum günüdür
- "Azərbaycanda fəaliyyət göstərmək şirkətlərə daha geniş regional bazara çıxış imkanı yaradır" - Nazir
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- "Dövlətimiz, Ordumuz güclüdür!" - İlham Əliyev