Ermənistanın Baş naziri Nikol Paşinyan deyib ki, Laçın dəhlizinə alternativ yolun inşası başa çatdıqdan sonra keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətindən kənarda yerləşən ərazilər Azərbaycana qaytarılacaq. Paşinyan bildirib ki, Azərbaycana təhvil veriləcək Laçın şəhəri və Zabux kəndinin sakinləri mənzillə təmin olunacaq. “Laçın dəhlizi”nə çəkilən alternativ yol istifadəyə veriləndən sonra Laçın şəhəri və Zabux kəndi ilə yanaşı, bir qrup erməninin qanunsuz yaşadığı Sus kəndi də Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə keçəcək.
Mövzu barədə danışan milət vəkili, politoloq Elman Nəsirov bildirdi ki, Nikol Paşinyan çıxışları ilə öz sözlərini təkzib edir:
“Ermənistan baş naziri Nikol Paşinyan gün ərzində özü-özünü təkzib edən bir neçə bəyanatla çıxış edib. O Azərbaycan tərəfinin mart ayında irəli sürdüyü 5 baza prinsipini qəbul etdiyini söyləyib. Sonralar isə yenidən olmayan Dağlıq Qarabağ ərazisi ilə bağlı iddialar ortaya qoyub, statusundan və ATƏT-in MİNSK qrupunun mövcud olmadığı bir reallıqda həmin qurumun vacibliyindən bəhs edib. Tənzimləməni dəstəkləyib. Eyni zamanda regionda davamlı, dayanıqlı sülhün formalaşması üçün lazım ola biləcək bir mövqe ortaya qoyur”.
Siyasətçi bildirdi ki, Paşinyanın son mövqelərindən biri Laçın şəhəri və ətrafındakı müəyyən kəndlərin Azərbaycan tərəfinin tam nəzarətinə keçməsi ilə bağlıdır: “Bu da Ermənistan sosial şəbəkələrində çox ciddi müzakirəyə səbəb olub. Ermənistan əhalisi hesab edir ki, bu Paşinyanın sayca ikinci kapitulyasiya aktıdır. Amma hər halda Paşinyan ölkəsinin silahlı qüvvələrinin ali baş komandanı, baş nazir olaraq çox gözəl fərqindədir ki, əməkdaşlıqdan başqa çarəsi yoxdur. Əməkdaşlığın əksi olsa-olsa müharibə ola bilər. O müharibə isə Ermənistan üçün fəlakətdir, sonunun başlanğıcıdır. 10 mindən artıq ərazisi olan, ordusu darmadağın edilən, iqtisadiyyatı çökmüş bir dövlət güclü Azərbaycan ilə hansı mübarizəni, müharibəni apara bilər. Həmin müharibənin Paşinyan üçün hansı nəticələrə gətirəcəyi gün kimi aydındır”.
Elman Nəsirov qeyd etdi ki, Paşinyan nə qədər mənfi fikirlər səsləndirsə də, sülhdən başqa yolunun olmadığını bilir: “Ona görə də hesab edirəm ki, Paşinyan bir çox hallarda gərginliyə səbəb olacaq bəyanatlar səsləndirirsə, bu daxili audotoriya, revonşistləri sakitləşdirmək üçündür. Amma reallıqda isə çox gözəl dərk edir ki, əməkdaşlıq olmalıdır. Azərbaycanla və Türkiyə ilə əməkdaşlıq Ermənistanın nicat yoludur. Bu məntiqlə o Laçınla bağlı son mövqeyini açıqlayıb. Bu mövqe kifayət qədər konstruktiv bir mövqedir”.
“Paşinyanın səsləndirdiyi bəyanatlar revonşistləri sakitləşdirmək üçündür”-Deputat
28
iyun
15:54
Qarabağ
KOMMENTLƏR
Bu ərazilər Azərbaycanın nəzarətinə keçəcək - Paşinyan açıqladı
Paşinyan qəbul etdi: Laçın qaytarılır, amma... – Bakı nəyə diqqət etməlidir?
Laçındakı ermənilər təşvişdə - Zabux kəndi boşaldılır
"Paşinyanın Zəngəzur dəhlizinin açılmayacağını deməsi daxili qüvvələri sakitləşdirmək üçündür"
Laçında nə baş verir? – “Hər şeyi son günə buraxdın ki...”
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Anar Ələkbərov Prezidentə görülmüş işlər barədə məlumat verdi - FOTOLAR
- "Qrem Ukrayna münaqişəsinin davam etməsini istəyirdi" - Tramp
- İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul etdi - FOTOLAR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Şəhid Xudayar Yusifzadənin doğum günüdür
- "Azərbaycanda fəaliyyət göstərmək şirkətlərə daha geniş regional bazara çıxış imkanı yaradır" - Nazir
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- "Dövlətimiz, Ordumuz güclüdür!" - İlham Əliyev