Azərbaycan, Rusiya prezidentləri və Ermənistan Baş naziri arasında noyabrın 9-da Qarabağda müharibənin dayandırılması barədə birgə imzalanan bəyanata əsasən dekabrın 1-də Laçın rayonu Azərbaycana təhvil verilməlidir.
Yenisabah.az xəbər verir ki, artıq Ermənistan ictimai-siyasi mühitində bu məsələ ətrafında müzakirələr başlayıb. Müzakirələrin ana xəttini Ermənistan Baş naziri Nikol Paşinyanın xəyanəti təşkil edir. Erməni ictimai-siyasi fəallar hesab edir ki, Paşinyan Laçının mərkəzini Azərbaycana verməməli idi.
Ermənilər işğaldan sonra Qubadı, Zəngilan və Laçın rayonlarını əhatə edən Kaşatağ rayonu yaradıb. Rayonun mərkəzi isə Laçın şəhəridi. Ermənilər Laçının da adını dəyişərək Berdzor adlandırıblar.
“Dağlıq Qarabağ Respublikası” “prezidentinin” keçmiş “müşaviri”, “Enaket” analitik mərkəzin rəhbəri Tiqran Abrahamyan hesab edir ki, Laçının Azərbaycana verilməsi “DQR”i Ermənistanla birləşdirən yeganə quru yolunun da Bakının nəzarətində olması deməkdir.
“Kolxozda diri olan varmı? Biri adam dilində kaşatağlılara nə edəcəklərini deyə bilərmi? Kaşatağ rəhbərliyi dünən Berdzorun Azərbaycanın nəzarətinə verilməsini təkzib etməyən və təsdiqləməyən bir açıqlama yaydı. Aydın olan odur ki, bu məsələ müzakirə edilir.
Yəni, Gorus-Berdzor-Stepanakert yolunun keçdiyi Berdzor məsələsi müzakirə olunur.
Əslində Artsaxın ərazisinin böyük bir hissəsini Azərbaycana vermiş, 9 noyabrda Azərbaycanla ortaq bir bəyanat imzalayan (Paşinyan nəzərdə tutulur-red) hətta bu məsələni müzakirə etməyib. Bununla da Artsaxı Ermənistanla birləşdirən yeganə quru yolunu təhdid altında qoyub.
İnsanlar hələ də nə etməli olduqlarını bilmirlər. Hər şeyi son günə buraxdın ki, insanlar əmlakı çıxara bilməsinlər.
“Qurtula bilməyəcksən!”, - deyə Tigran Abrahamyan Paşinyana xitabən bildirib.
Laçında nə baş verir? – “Hər şeyi son günə buraxdın ki...”
26
noyabr
13:45

Qarabağ
KOMMENTLƏR
Ermənilər Laçın yoluyla gedib-gəlməkdən qorxur - Azərbaycan ordusu 2 km-likdədir
Ermənilər Laçından qaçır - BBC
Ermənilər Laçını tərk edir
“Laçın dəhlizində təhlükəsizliyin təminatı Azərbaycanın səlahiyyətindədir”
Laçın dəhlizi nəzarətə götürüldükdə düşmənin şah damarı kəsiləcək – Polkovnikdən AÇIQLAMA
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat