Xarici işlər naziri Ceyhun Bayramov Çex Respublikasının Azərbaycan Respublikasına yeni təyin olunmuş səfiri Milan Sedlaçeki qəbul edib.
XİN-in Mətbuat xidməti idarəsindən verilən məlumata görə, nazir Ceyhun Bayramov, səfir Milan Sedlaçekin etimadnaməsinin surətini qəbul edib və səfiri təyinatı münasibətilə təbrik edib.
Azərbaycanın Çexiya ilə əlaqələrin inkişafına önəm verdiyini qeyd edən nazir, ölkələrimiz arasında yüksək siyasi dialoqun və qarşılıqlı anlaşmanın mövcud olduğunu söyləyib. Çex Respublikasının Azərbaycanın strateji tərəfdaşlıq münasibətləri qurduğu 9 Aİ üzv ölkəsindən biri olduğu vurğulanıb.
Səfir Milan Sedlaçek təbriklərə görə nazirə təşəkkürünü ifadə edib. O, öncəki təyinatlarında yaxın bölgədə çalışmaq təcrübəsinin olduğunu bildirib. Səfir, ikitərəfli əlaqələrin inkişafı üçün böyük potensialın olduğunu və bu potensialdan əlaqələrin inkişafı naminə istifadə edilməsi üçün səylərini əsirgəməyəcəyini qeyd edib.
Tərəflər, iki ölkə arasında siyasi məsləhətləşmələrin davam etdirilməsinin əhəmiyyətini qeyd edib, habelə bir sıra sahələrdə, o cümlədən iqtisadi, nəqliyyat, energetika, humanitar istiqamətlər üzrə əlaqələrin perspektivləri imkanları üzrə fikir mübadiləsi aparıblar.
Nazir Ceyhun Bayramov yeni səfirə bölgədə münaqişə sonrası mövcud olan vəziyyət, azad olunmuş ərazilərdə aparılan bərpa və quruculuq işləri, üçtərəfli bəyanatların icrası ilə bağlı məsələlər, Ermənistan ilə münasibətlərin normallaşması istiqamətində Azərbaycan tərəfindən atılan addımlar, Azərbaycanın beynəlxalq hüququn prinsiplərinə ciddi riayət olunması əsasında bölgədə sülh və sabitliyin təmin olunması yanaşmasına dair məlumat verib.
Nazir, Çex Respublikasının yeni təyin edilmiş səfirinə ölkəmizdəki diplomatik fəaliyyəti müddətində müvafiq dəstəyin göstərilməsinə hazır olduğumuzu ifadə edib və ona uğurlar arzulayıb.
Çexiya Azərbaycana yeni səfir təyin etdi
01
iyul
16:57
Qarabağ
KOMMENTLƏR
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı