Məlum olduğu kimi, Azərbaycan 2020-ci ildə 44 günlük Vətən müharibəsində qələbə qazanaraq Ermənistanı ağ bayraq qaldırmağa məcbur etdi.
Lakin atəşkəslə bağlı razılıq əldə olunmasına baxmayaraq, Ermənistan təxribatlar törətməkdə davam edir, bununla da sülh müqaviləsinin imzalanmasını mümkün qədər gecikdirməyə çalışır. Bəs görəsən, Ermənistan təxribatlar törətməklə nəyə nail olmaq istəyir? Rəsmi İrəvanın bu cür siyasət yürütməsi tərəflər arasında yeni münaqişənin yaranmasına gətirib çıxara bilərmi?
Milli Məclisin deputatı, siyasi şərhçi Elman Nəsirov bu və digər suallara cavab olaraq açıqlamasında bildirib ki, Ermənistan hərbi təxribatlar törətməklə dünyaya göstərmək istəyir ki, müharibə hələ də bitməyib:
"Ermənistan 10 Noyabr 2020, 11 Yanvar 2020 və 26 Noyabr 2021-ci il tarixli üçtərəfli razılaşmaların şərtlərini qismən icra edir. Bu şərtlərin icrası isə bir çox hallarda onların pozulması və təxribatlarla nəticələnir. Ermənistanın atəşkəs rejimini pozması, sərhədboyu ərazilərə atəş açmağı və hərbi insidentlər törətməyi bunun ən böyük göstəricisidir. Ermənistan bu sənədləri imzalayırsa, niyə belə hərbi təxribatlara imza atır? Bunun bir neçə səbəbi var. Ən mühim səbəb budur ki, Ermənistan hərbi təxribatlar törətməklə dünyaya göstərmək istəyir ki, müharibə hələ də bitməyib. Paşinyan atəşkəsi pozmaqla demək istəyir ki, həllini gözləyən vacib məsələlər var və müharibə yalnız onlar həll edildikdən sonra bitəcək. Bu absurd və əslində Paşinyanın özünün əleyhinə olan bir məntiqdir. Və bununla ATƏT-in ölmüş Minsk qrupunu xortlatmaq istəyirlər. Onlar yenə də Qarabağ yox, Dağlıq Qarabağ ifadəsini işlədirlər və qondarma Dağlıq Qarabağla bağlı status məsələsini önə çəkməyə çalışırlar".
E.Nəsirov qeyd edib ki, post-müharibə dövrü məsələlərinin həllini tapmaq üçün ilk növbədə iki dövlət və xalq arasında etimad formalaşdırılmalıdır:
"Paşinyanın digər niyyəti isə ona edilən təzyiqlər qarşısında erməni milli maraqlarına son dərəcədə sadiq qaldığını göstərməkdir. Ancaq bunların hamısı mənasız cəhdlərdir. Ali baş komandan İlham Əliyev də dəfələrlə qeyd edib ki, post-müharibə dövrünün məsələləri dərhal həllini tapmalıdır. İlk növbədə iki dövlət və xalq arasında etimad formalaşdırılmalıdır. Bunun üçün isə Ermənistanla Azərbaycan arasında kommunikasiyalar bərpa edilməli, Zəngəzur dəhlizi işə salınmalı, sərhədlərin demarkasiya və delimitasiyası müəyyən edilməli və bununla bağlı sülh sazişi imzalanmalıdır.
Düşünürəm ki, bu aşağıdakı ardıcıllıqla da ola bilər: Qarabağ ərazisində yaşayan ermənilərin siyahıya alınması keçirilməlidir və Qarabağda nə qədər erməni yaşadığını dəqiqləşdirməliyik. Siyahıya alınmanın ardınca isə dərhal onların Azərbaycan vətəndaşlığını qəbul etməsi və Azərbaycan pasportunu daşımağı məsələsi qoyulmalıdır. Nə qədər erməninin Azərbaycan vətəndaşlığını qəbul etdiyini müəyyən etməliyik ki, qəbul etməyənlər buradan köçüb getsinlər. Bütün bu proseslərlə paralel şəkildə Qarabağda olan qeyri-qanuni hərbi birləşmələr də çıxarılmalıdır ki, orada əlisilahlı bir erməni belə qalmasın. Bu addımlar atıldıqdan sonra həqiqətən də, etimad mühiti formalaşa və iki dövlət arasında çoxdan gözlənilən sülh müqaviləsinin imzalanması üçün münbit şərait təmin edilə bilər".
“Ermənistan ATƏT-in ölmüş Minsk qrupunu xortlatmaq istəyir” - DEPUTAT
15
iyul
17:06
Qarabağ
KOMMENTLƏR
Elman Nəsirov: “Təxribatlar Üçüncü Qarabağ müharibəsinə gətirib çıxara bilər, bu, Ermənistanın məhv olması deməkdir”
Ermənistan qarışıb: Azərbaycan Qarabağda antiterror əməliyyatına başlayır?
Ermənistan 10 noyabr bəyanatını pozarsa, onu nələr gözləyir...
“Paşinyan hakimiyyətini qoruya bilibsə, deməli, erməni xalqına müharibə lazım deyil” - RƏY
Ceyhun Bayramov Ermənistana XƏBƏRDARLIQ ETDİ
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Anar Ələkbərov Prezidentə görülmüş işlər barədə məlumat verdi - FOTOLAR
- "Qrem Ukrayna münaqişəsinin davam etməsini istəyirdi" - Tramp
- İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul etdi - FOTOLAR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Şəhid Xudayar Yusifzadənin doğum günüdür
- "Azərbaycanda fəaliyyət göstərmək şirkətlərə daha geniş regional bazara çıxış imkanı yaradır" - Nazir
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- "Dövlətimiz, Ordumuz güclüdür!" - İlham Əliyev