Bu ilin 8 sentyabr tarixində Xarici İşlər naziri Ceyhun Bayramov Polşa Respublikasının Azərbaycan Respublikasındakı səfiri Rafal Poborskini qəbul etdi
Nazir Ceyhun Bayramov ölkələrimiz arasında mövcud olan yüksək səviyyəli əməkdaşlıq münasibətlərindən bəhs edərək, bu xüsusda ali səviyyədə həyata keçirilən səfər mübadilələrinin əməkdaşlığın inkişafına təkan verdiyini qeyd etdi.
Cari ildə dünyanın üzləşdiyi pandemiyaya rəğmən ölkələrimiz arasında əməkdaşlığın davam etdirildiyini qeyd edən nazir, bu xüsusda Polşa tərəfindən Azərbaycana COVİD-19 ilə mübarizə çərçivəsində göstərilən humanitar yardıma görə minnətdarlığını ifadə etdi.
Səfir Rafal Poborski öz növbəsində, Polşa Xarici İşlər naziri Zbiqnev Raunun səmimi təbriklərini nazir Ceyhun Bayramovun diqqətinə çatdırdı. Səfir iki ölkə arasında münasibətlərin inkişaf dinamikasının davam etdirilməsinin vacibliyini vurğuladı.
Tərəflər ölkələrimiz arasında siyasi məsləhətləşmələrin davam etdirilməsi, eləcə də enerji, nəqliyyat, kənd təsərrüfatı, təhsil, turizm və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi imkanları ətrafında fikir mübadiləsi apardılar.
Nazir Ceyhun Bayramov Ermənistanın Azərbaycana qarşı 30 ilə yaxındır ki, davam edən işğalçı siyasəti, təcavüzkar Ermənistanın işğal edilmiş ərazilərdə həyata keçirdiyi qeyri-qanuni fəaliyyəti, Ermənistanın silahlı qüvvələrinin 12-16 iyul tarixlərində iki ölkə sərhədində törətdiyi hərbi təxribatı, eləcə də Ermənistan rəhbərliyinin bölgədə gərginliyin artmasında xidmət edən və münaqişənin danışıqlar yolu ilə həllinə xələl gətirən fəaliyyəti barədə qarşı tərəfə ətraflı məlumat verdi.
Səfir Rafal Poborski Polşanın şərq qonşuluğu ölkələrində sabitliyin təmin olunmasında maraqlı olduğunu qeyd etdi və Polşa üçün beynəlxalq hüquqa hörmət prinsipinin çox vacib olduğunu diqqətə çatdırdı.
Görüşdə tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə etdilər.
Ceyhun Bayramov Polşanın Azərbaycandakı səfiri ilə görüşüb
08
sentyabr
21:41
Qarabağ
KOMMENTLƏR
Ceyhun Bayramov Gürcüstanın Azərbaycandakı səfiri ilə görüşüb
Elmar Məmmədyarov Qazaxıstanın yeni səfiri ilə görüşüb
Qətər Azərbaycana yeni səfir göndərib
SİYASƏT Zakir Həsənov Belarus Təhlükəsizlik Şurasının dövlət katibi ilə görüşüb
"Ermənistanın Azərbaycana qarşı hərbi təxribatları davam edir” - Ceyhun Bayramov
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Anar Ələkbərov Prezidentə görülmüş işlər barədə məlumat verdi - FOTOLAR
- "Qrem Ukrayna münaqişəsinin davam etməsini istəyirdi" - Tramp
- İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul etdi - FOTOLAR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Şəhid Xudayar Yusifzadənin doğum günüdür
- "Azərbaycanda fəaliyyət göstərmək şirkətlərə daha geniş regional bazara çıxış imkanı yaradır" - Nazir
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- "Dövlətimiz, Ordumuz güclüdür!" - İlham Əliyev