"Anlayacaq ki, mütləq sülh müqaviləsini imzalamaq lazımdır"
"Sentyabrın 12-dən 13-nə keçən gecə Ermənistan Silahlı Qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan sərhədinin Kəlbəcər, Laçın və Daşkəsən istiqamətində növbəti dəfə irimiqyaslı hərbi təxribata əl atıb. Bunun ardınca proseslər tamamilə fərqli istiqamətdə cərəyan edib və Azərbaycan Silahlı Qüvvələri "Qisas-2" əməliyyatına başlaylblar. Belə bir vəziyyətdə haqlı olaraq ortaya sual çıxır ki, bu hadisə Ermənistan üçün nə üçün lazım idi?. Çünki Ermənistanın baş naziri bir tərəfdən həm Azərbaycanın irəli sürdüyü 5 baza prinsipini qəbul etdiklərini deyir, həm də bir qədər də irəli gedərək noyabr ayının ortalarında sülh müqaviləsinin ilkin variantının hazır olacağını bildirir, digər tərəfdən isə Qarabağdakı erməni əhalinin statusu məsələsini gündəmə gətirir və həmin statusun müəyyən edilməsi üçün yenidən olmayan, fəaliyyətsiz ATƏT-in Minsk qrupunu dirçəltmək istəyirlər. Beləcə bir-birinə daban-dabana zidd siyasi davranış ortaya qoyulur və siyasi manipulyasiya ilə məşğul olur. İndiki halda da Ermənistanın irimiqyaslı hərbi təxribata əl atmasının əsas səbəbi onunla bağlıdır ki, bu ölkə faktiki olaraq sülh müqaviləsindən yayınmaq istəyir".
Bu fikirləri "OLAYLAR"-a Milli Məclisin deputatı Elman Nəsirov Ermənistanın dövlət sərhədində həyata keçirdiyi son təxribata münasibət bildirərkən səsləndirib. Millət vəkili qeyd edib ki, Ermənistan ay ərzində Azərbaycanla sərhəddə atəşkəs rejimini intensiv şəkildə pozmaqla məşğul olub: "İndi də irimiqyaslı hərbi təxribatı həyata keçirməklə beynəlxalq ictimai fikrə o mövqeyi çatdırmaq istəyir ki, münaqişə bitməyib, hələ həllini gözləyən məsələlər var. Bu sırada da status və ATƏT-in Minsk qrupuna yenidən can vermək, onu dirçəltmək məsələləri qabardılır. Ancaq bütün hu cəhdlər mənasızdır və heç bir perspektivi yoxdur".
Millət vəkili deyib ki, Azərbaycanın Silahlı Qüvvələri, Yenilməz Ordusu və Müzəffər Ali Baş Komandanı olan Prezident İlham Əliyevin rəhbərliyi altında düşmənə növbəti sarsıdıcı zərbələr endirməkdədir: "Bunu "Qisas-2" əməliyyatı da adlandırmaq olar. Yəqin ki, növbəti biabırçı hərbi məğlubiyyətin ardınca Ermənistan tərəfinin sülhə gəlməklə bağlı heç bir alternativ variantı olmayacaq və dərs alacaq ki, mütləq sülh müqaviləsini imzalamaq lazımdır. Əks təqdirdə bu kimi hərbi təxribatlara veriıən kəsərli cavablar Ermənistanın bütün varlığını sual altında qoya bilər".
"Növbəti biabırçı hərbi məğlubiyyətin ardınca Ermənistan dərs alacaq" ... Elman Nəsirov- ÖZƏL
13
sentyabr
12:10
Qarabağ
KOMMENTLƏR
Ermənistan silahlı qüvvələri Kəlbəcər istiqamətində növbəti təxribata əl atıb
XİN-dən şəhid olan hərbçimizlə bağlı AÇIQLAMA
XİN erməni təxribatı ilə bağlı BƏYANAT YAYDI
“Paşinyan hakimiyyətini qoruya bilibsə, deməli, erməni xalqına müharibə lazım deyil” - RƏY
Ermənistanın 10 hərbçisi yaralanıb - YENİLƏNİB
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Anar Ələkbərov Prezidentə görülmüş işlər barədə məlumat verdi - FOTOLAR
- "Qrem Ukrayna münaqişəsinin davam etməsini istəyirdi" - Tramp
- İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul etdi - FOTOLAR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Şəhid Xudayar Yusifzadənin doğum günüdür
- "Azərbaycanda fəaliyyət göstərmək şirkətlərə daha geniş regional bazara çıxış imkanı yaradır" - Nazir
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- "Dövlətimiz, Ordumuz güclüdür!" - İlham Əliyev