“Ermənistandan növbəti hərbi təxribat gözləmək mümkündür. Çünki Vətən Müharibəsindən sonra artıq iki dəfə irimiqyaslı hərbi təxribata imza atıb. Sonuncusu 12-14 sentyabr tarixlərində baş verdi. Müharibədən sonra bu, miqyas etibarilə ən böyük idi. İndi də Kütləvi İnformasiya Vasitələrində Ermənistanın yenidən silahlanmağa başlaması, Zəngəzura qoşun yığıdığı barədə də məlumatlar var. Ermənistan siyasi və hərbi elitasının səsləndirdiyi fikirlərdən belə bir qənaət hasil olur ki, onlardan növbəti hərbi təxribat gözləmək mümkündür. Ermənistan bir yandan da özünün “sülhpərvər” obrazını beynəlxalq ictimaiyyətə sırımaq istəyir. Ancaq eyni zamanda Ermənistanın siyasi rəhbərliyi elə fikirlər səsləndirir ki, bütün bunlar yaratmaq istədiyi sülhpərvər obrazın üstündən tamamilə xətt çəkir”.
Bu sözləri açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.
Deputat xatıarladıb ki, Ermənistanın Baş naziri Nikol Paşinyan gözlənilmədən Fransaya səfər etdi, Prezident Emmanuel Makronla görüş keçirdi: “Bu görüşdə yenə də Qarabağın “status”u ilə bağlı məsələni gündəmə gətirdi ki, bu məsələ həllini tapmayıb. Yenə də ATƏT-in Minsk Qrupunun bərpası ilə bağlı fikirlər səsləndirdi. Hətta bir az da irəli gedərək Ermənistan-Azərbaycan sərhədinə beynəlxalq misiyanın yerləşdirilməsi ilə bağlı fikir söylədi. Bu, tamamilə nonsesdir. Qarabağın “status”u ilə bağlı məsələ nonsesdir, ATƏT-in Minsk Qrupu ilə mövqe tamamilə blefdir, heç bir real əsaslara malik deyil. Sərhədə beynəlxalq misiyanın yerləşdirilməsi fikri isə heç bir tənqidə dözmür, bu, regionda formalaşmış geosiyasi vəziyyəti tamamilə kökündən dəyişmək anlamındadır. Yəqin ki, Paşinyan “beynəlxalq misiya” deyiləndə ABŞ və Fransanın sülhməramlı qüvvələrinin regiona daşınmasını nəzərdə tutur, mahiyyətcə bunu ifadə edir. Bu da qəbuledilməzdir. Ona görə də Ermənistandan növbəti hərbi təxribatlar gözləmək mümkündür”.
E.Nəsirov əlavə edib: “Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı birmənalı, qətiyyətli, prinsipial şəkildə bildirib ki, bizə qarşı hər hansı təxribat Ermənistan üçün çox ciddi nəticələrə gətirib çıxaracaq. Söhbət, təbii ki, “dəmir yumruq”dan, “dəmir yumruq”un Ermənistanın başında sınmasından, silahlı qüvvələrinin darmadağın edilməsindən, bel sütununu dağıtmaqdan gedir”.
Elman Nəsirov: “Ermənistandan növbəti hərbi təxribat gözləmək mümkündür, bel sütunu dağıdıla bilər”
28
sentyabr
12:35
Qarabağ
KOMMENTLƏR
"Növbəti biabırçı hərbi məğlubiyyətin ardınca Ermənistan dərs alacaq" ... Elman Nəsirov- ÖZƏL
Proseslər üçüncü Qarabağ müharibəsinə qədər gedə bilər - Deputat
Deputat: “Ermənistanın Azərbaycana qarşı təxribatçı davranışları onlar üçün çox pis perspektiv vəd edir”
“ABŞ Azərbaycan-Ermənistan arasında atəşkəsin əldə edilməsində rol oynamayıb” - Elman Nəsirov
Azərbaycan MN-dən Ermənistanın müdafiə nazirinin Qarabağa səfərinə REAKSİYA
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı