Hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin keçmiş müavini, deputat Siyavuş Novruzovun postuna hələ ki, təyinat yoxdur. YAP-çı deputat partiyadakı vəzifəsindən avqustun 24-də istefa verib.
Siyavuş Novruzovun bu addımına Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Ramiz Mehdiyevin nəvəsinin toyu ilə bağlı yaranmış qalmaqal səbəb olub. Siyavuş Novruzov da xüsusi karantin rejimində təşkil edilən həmin toy mərasimində iştirak edib. Halbuki, YAP-çı deputat çıxışlarında karantin qaydalarının pozulmasına görə cərimələrin artırılmasının tərəfdarı kimi çıxış edirdi. Bu baxımdan, onun karantin qaydalarına ziddi olaraq təşkil olunan toy mərasiminə qatılması ictimaiyyət tərəfindən sərt təpki gördü.
Xüsusilə, YAP-çı deputatın “iştirak etmişəm, düz etmişəm” fikri cəmiyyətə, qanunlara sayğısızlıq kimi dəyərləndirilərək onun cəzalandırılması tələb edildi. Nəhayət, ictimai təpki Siyavuş Novruzovun “Ramiz Mehdiyevi bizi aldatdı” açıqlaması və partiyadakı mühüm postundan istefa verməsi ilə nəticələndi.
Bu olayın üstündən 20 gündən artıq vaxt keçsə də, YAP-ın icra katibinin müavini postu boşdur. YAP-ın Nizamnaməsinə əsasən partiyanın rəhbər strukturlarını Siyasi Şura seçir. Bəs Siyasi Şurası nə zaman toplanacaq və Siyavuş Novruzovu kim əvəzləyəcək?
YAP İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, deputat Aydın Mirzəzadə Yenisabah.az-a açıqlamasında bildirib ki, bu məsələ partiya sədrinin səlahiyyətlərinə aiddir. “Partiyanın Nizamnaməsinə görə rəhbər strukturları Siyasi Şura seçir. Lakin sədrin təqdimatı olmalıdır. Partiya sədrinin təqdimatı olacağı təqdirdə bu məsələ həllini tapacaq. Yəni, bu nə vaxt baş verməsi sədrin təqdimatından asılı olacaq”, - deyə Aydın Mirzəzadə vurğulayıb.
Siyavuş Novruzovun boş qalan yerinə İlham Əliyev təqdimat verəcək - Açıqlama
14
sentyabr
12:17
Qarabağ
KOMMENTLƏR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Anar Ələkbərov Prezidentə görülmüş işlər barədə məlumat verdi - FOTOLAR
- "Qrem Ukrayna münaqişəsinin davam etməsini istəyirdi" - Tramp
- İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul etdi - FOTOLAR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Şəhid Xudayar Yusifzadənin doğum günüdür
- "Azərbaycanda fəaliyyət göstərmək şirkətlərə daha geniş regional bazara çıxış imkanı yaradır" - Nazir
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- "Dövlətimiz, Ordumuz güclüdür!" - İlham Əliyev