MM-nın Mədəniyyət Komitəsinin sədri Q.Paşayeva son 8 gündə 200-ə yaxın vətəndaşımızın və mədəniyyət sahəsi işçilərinin qayğı, təkliflərini dinləyib, həlli istiqamətində müvafiq qurumlara müraciətlər edib.
Millət vəkili, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva son 8 gündə 165 nəfər vətəndaşımızı qəbul edib və online qaydada görüntülü danışıb, onların müraciətlərini, qayğılarını dinləyib, geniş fikir mübadiləsi aparıb və həlli istiqamətində bir sıra qurumlarla, təşkilatlarla müzakirələr aparıb. Eyni zamanda millət vəkili Qənirə Paşayevanın köməkçisi tərəfindən 100-dən çox müraciət dinlənilib. Millət vəkili Qənirə Paşayeva həmin məsələlər barədə də aidiyyatı qurumlara müraciətlər edib. Müraciətlərin bir hissəsi öz müsbət həllini tapıb.
Sakinlərin müraciətləri arasında müalicə, təhsil, işə qəbul, ünvanlı sosial yardım, xəstəliyə görə əlillik pensiyası almaq, su, qaz, işıq, yol problemləri, məhkəmə qərarlarının icrası ilə bağlı məsələlər daha geniş yer tutub.
Vətəndaşlarla müzakirələr zamanı millət vəkili Qənirə Paşayeva vətəndaşlarımızla koronavirus pandemiyasından qorunmaq istiqamətində maarifləndirici fikir mübadiləsi də aparıb. Millət vəkili eyni zamanda cənab Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında COVİD-19-un ölkəmizdə geniş yayılmaması, əhalimizin sağlamlığının qorunması ilə bağlı da geniş məlumatlar verib və onları Covid-19 dan qorunmaq üçün qaydalara əməl etməyə çağırıb. Millət vəkili, Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva eyni zamanda son 8 gündə 30-a yaxın mədəniyyət sahəsi işçilərini onların müraciətləri əsasında tək-tək qəbul edib, onların qaldırdıqları təkliflər barədə geniş fikir mübadiləsi aparılıb. Mədəniyyət sahəsi işçilərinin qaldırdığı problemlər, təkliflər əsasında Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva bir sıra qurumlara rəsmi müraciətlər göndərib və onların rəhbərləri ilə həmin məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Qənirə Paşayeva 200-ə yaxın vətəndaşımızın müraciətini dinləyib
14
sentyabr
12:37
Qarabağ
KOMMENTLƏR
İTV Paşayevanı efirə çağırdı, Cəbrayılova söz atdı
Qənirə Paşayeva Natəvanın, Üzeyir Hacıbəyovun, Bülbülün abidələrinin Milli Parkda qoyulmasını təklif etdi
"Babam Bakı milyonçusu olub, amma özüm 190 manat yardım ala bilmədim" — Əməkdar artist
"Azərbaycan qardaşının gücünə güc qatan dövlət olduğunu bir daha nümayiş etdirdi"
Millət vəkili:
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Anar Ələkbərov Prezidentə görülmüş işlər barədə məlumat verdi - FOTOLAR
- "Qrem Ukrayna münaqişəsinin davam etməsini istəyirdi" - Tramp
- İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul etdi - FOTOLAR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Şəhid Xudayar Yusifzadənin doğum günüdür
- "Azərbaycanda fəaliyyət göstərmək şirkətlərə daha geniş regional bazara çıxış imkanı yaradır" - Nazir
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- "Dövlətimiz, Ordumuz güclüdür!" - İlham Əliyev