Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına əsasən noyabrın 4-də müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Ermənistanla sərhəd bölgəsində dislokasiya olunan hərbi hissələrdə olub.
Yeni istifadəyə verilmiş yerləşmə məntəqəsində yaradılan şəraitlə tanış olan müdafiə nazirinə məruzə olunub ki, qoşun xidmətinin yüksək səviyyədə təşkili üçün məntəqədə bütün zəruri şərait yaradılıb.
Burada silah otağı, yataqxana, yeməkxana, mətbəx, ərzaq və əşya anbarları, hamam-sanitar qovşağı, isitmə sobaları, ərazini fasiləsiz elektrik enerjisi ilə təmin edən generatorlar və günəş panelləri, eləcə də döyüş texnikasının saxlanması üçün park mövcuddur.
Qışa hazırlıq məqsədilə dayaq məntəqələrində və döyüş mövqelərində maye, odun və kömür yanacağı da daxil olmaqla bütün təminat növü ilə ehtiyyat yaradılıb. Şəxsi heyətin məişət şəraiti ilə tanış olduqdan sonra general-polkovnik Z.Həsənov döyüş mövqelərində xidmət edən hərbi qulluqçuların xidməti döyüş fəaliyyəti ilə tanış olub.
Müdafiə nazirinə əməliyyat şəraiti ilə bağlı məruzələr edilib. Sərt iqlim şəraitində və kəskin relyefli ərazilərdə xidmət edən hərbi qulluqçularla görüşən nazir onların döyüş və mənəvi-psixoloji hazırlığını yüksək qiymətləndirib.
Müdafiə naziri döyüş növbətçiliyinin və qoşun xidmətinin təşkili, hərbi qulluqçuların sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması ilə bağlı aidiyyəti şəxslərə müvafiq tapşırıqlar verib.
Zakir Həsənov Ermənistanla sərhədə getdi - Tapşırıqlar verdi
04
noyabr
17:16
Qarabağ
KOMMENTLƏR
Zakir Həsənov azad edilmiş ərazilərə getdi - Tapşırıqlar verdi (VİDEO)
Kəlbəcərdə yeni hərbi infrastruktur istifadəyə verildi - VİDEO
Azad olunmuş ərazilərdə yeni hərbi hissələrin açılışı oldu - VİDEO
Zakir Həsənov döyüş mövqelərinə getdi - Tapşırıqlar verdi (VİDEO)
Zakir Həsənov azad edilən ərazilərə getdi - VİDEO
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Anar Ələkbərov Prezidentə görülmüş işlər barədə məlumat verdi - FOTOLAR
- "Qrem Ukrayna münaqişəsinin davam etməsini istəyirdi" - Tramp
- İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul etdi - FOTOLAR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Şəhid Xudayar Yusifzadənin doğum günüdür
- "Azərbaycanda fəaliyyət göstərmək şirkətlərə daha geniş regional bazara çıxış imkanı yaradır" - Nazir
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- "Dövlətimiz, Ordumuz güclüdür!" - İlham Əliyev