Azərbaycanın dövlət büdcəsi üçün illik maliyyə yükü 35 mln. manatdan artıq olan 7 mindən çox saxta əlillik təyinatı ləğv edilib.
Bunu jurnalistlərə açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyib.
“Ümumilikdə, 7 mindən çox saxta əlillik ləğv edilib və onların illik dövlət büdcəsi üçün maliyyə yükü 35 mln. manatdan artıq idi. Bu, hər il davam edən, təkrarlanan ödənişlərdir. Ümumilikdə, 7 min şəxsə 20 illik dövr ərzində 700 mln. ödəniş həyata keçiriləcəkdi ki, bunun qarşısı alınıb. Saxta əlillik problemi tək Azərbaycanda deyil, ən inkişaf etmiş ölkələrdə belə əlillik təyin edilərkən 10%-ə qədər yanlışlıq olması faktları ilə rastlaşırıq. Ona görə də mütəmadi olaraq müxtəlif meyarlar üzərindən monitorinqlər, qiymətləndirmələr aparılacaq”, - deyə nazir bildirib.
S. Babayev onu da əlavə edib ki, bu yaxınlarda Nazirlik Baş Prokurorluqla birgə daxil olan məlumat əsasında əməliyyat tədbirləri həyata keçirib və maddi maraq müqabilində əlillik təyinatı verməyə çalışan həm xəstəxana, həm də tibbi sosial ekspertiza personalı ilə bağlı ən sərt şəkildə tədbirlər görüldü: “Yəni araşdırmalarımız elektron sistemlər üzərindən aparılır, çünki bu zaman bir çox əlillik növləri var ki, onlar vətəndaşı əmək qabiliyyətsiz edir və biz elektron sistemlər üzərindən onların fərqli məlumatlarını gördükdə onlarla bağlı araşdırma aparılır. Eyni zamanda Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta Agentliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi digər şikayətlər əsasında problemləri aradan qaldırmağa çalışır”.(APA)
7 mindən çox saxta əlillik təyinatı ləğv edilib
15
sentyabr
15:17
Qarabağ
KOMMENTLƏR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Anar Ələkbərov Prezidentə görülmüş işlər barədə məlumat verdi - FOTOLAR
- "Qrem Ukrayna münaqişəsinin davam etməsini istəyirdi" - Tramp
- İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul etdi - FOTOLAR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Şəhid Xudayar Yusifzadənin doğum günüdür
- "Azərbaycanda fəaliyyət göstərmək şirkətlərə daha geniş regional bazara çıxış imkanı yaradır" - Nazir
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- "Dövlətimiz, Ordumuz güclüdür!" - İlham Əliyev