Azərbaycan Xarici İşlər Nazirliyinin son bəyanatına görə, Azərbaycan tərəfi rus sülhməramlı qüvvələrinin müvəqqəti nəzarəti altında olan ərazilərimizdə yaşayan bütün erməni sakinlərin humanitar ehtiyaclarını qarşılamağa hazırdır.
Məsələ ilə bağı açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov qeyd edib ki, Azərbaycanda yaşayan bütün etnik millətlər kimi erməni sakinlərin hüquqları və problemləri də dövlətimizin daima diqqətində olacaq.
“Rusiya və Avropa İttifaqının vasitəçiliyi ilə keçirilən danışıqlarda Azərbaycan Prezidenti İlham Əliyev Ermənistan rəhbərliyinə hər zaman bildirib ki, Qarabağda yaşayan ermənilərin hüquqları və təhlükəsizlik məsələləri Azərbaycanın daxili işidir. Heç kəs, heç kim bizim daxili məsələlərimizə müdaxilə edə bilməz. Azərbaycan çox millətli dövlətdir. Ölkəmizdə bütün etnik azlıqlar eyni hüquqlara və azadlıqlara malikdir. Qarabağ erməniləri də cəmiyyətimizə yenidən inteqrasiya olunmaqla eyni hüquqların və vəzifələrin daşıyıcısına çevriləcəklər. Burada heç bir fərqli yanaşmadan söhbət gedə bilməz”.
Deputat bildirib ki, Qarabağda erməni sakinlərin hüquqları separatçı rejim və erməni terrorçuları tərəfindən tapdalanır.
“Separatçıların və terrorçuların erməni əhalisinə davranışını və rəftarını təəsəvvür etmək çətin deyil. Onlar hazırda separatçı rejimin girovuna çevriliblər. Onları təzyiq altında saxlayırlar. Ona görə də Azərbaycan Xarici İşlər Nazirliyi bu məsələyə toxunaraq qeyd eləyib ki, Azərbaycan dövləti erməni əhalinin humanitar problemlərinin həll etməyə, eləcə də onların siyasi, təhlükəsiz və iqtisadi-sosial hüquqlarının təmin etməyə hazırdır. Azərbaycan vətəndaşlığını qəbul etdikləri təqdirdə Qarabağ ermənilərinin iş və təhsil məsələləri, digər çətinləri öz həllini tapacaq”.
Sonda Elman Nəsirov vurğulayıb ki, Azərbaycan indiki şəraitdə də Qarabağ ermənilərinin humanitar problemlərini həll edə bilər
“Sülhməramlıların nəzarət etdiyi ərazilərimizdə yerli əhali üçün normal tibii müayinə və müalicə yoxdur, sosial şəbəkələrdə göründüyü kimi ərzaq qıtlığı və su çatışmamazlığı yaşanır, bundan savayı tibbi ləvazimatların təminatında ciddi problemlər var. Ermənilər adi hüquqlardan belə məhrum edilib. Onlara ərazini tərk etməyə imkan vermirlər və zorla ərazidə saxlanılırlar. Azərbaycan hər bir halda Qarabağda erməni vətəndaşlarımızı normal humantar şəraitlə və imkanlarla təmin etməyə hazırdır.
Azərbaycan Qarabağda erməni vətəndaşlarımızı normal humanitar şəraitlə təmin etməyə hazırdır - Elman Nəsirov
14
dekabr
17:38
Qarabağ
KOMMENTLƏR
Prezident İlham Əliyevin siyasi-diplomatik səyləri böyük səmərə verir
“Beş saat ərzində bir dəfə də Dağlıq Qarabağ sözü işlədilmədi“
Elman Nəsirov: “Brüssel görüşü Azərbaycanın növbəti diplomatik uğurudur”
"Qarabağda yaşayan erməni əhalisi bizim vətəndaşlarımızdır" - Prezident
“Ermənistan analoji addımlar atmayacaqsa, biz onu atmağa məcbur edəcəyik” — Elman Nəsirov
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı