Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin təşkilatçılığı və iştirakı ilə Brüsseldə Prezident İlham Əliyev və Ermənistan baş naziri arasında üçüncü görüş əhatəli müzakirələrlə yadda qaldı və bir çox məsələlər üzrə prinsipial razılaşmalar əldə olundu. Müzakirələr zamanı bütün məsələlər nəzərdən keçirildi: humanitar məsələlər, ərazilərin minalardan təmizlənməsi, saxlanılanların azad edilməsi, Birinci Qarabağ müharibəsində itkin düşənlərin taleyi, kommunikasiya-nəqliyyat əlaqələrinin açılması istiqamətində işlərin davam etdirilməsi və digər zəruri məsələlər. Bir sıra məsələlərlə əlaqədar razılaşma əldə olunması tərəflərin sülh müqaviləsinə daha bir addım yaxınlaşmasından xəbər verir…
Bu sözləri Milli Məclisin deputatı, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, siyasi elmlər doktoru Elman Nəsirov dedi.
Politoloq danışıqlarda “Dağlıq Qarabağ” ifadəsinin işlədilməməsini Ermənistan üzərindəki zəfərin növbəti təntənəsi olduğunu bildirdi. Dedi ki, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin Qarabağ ifadəsini işlətməməsi ermənilərə ciddi mesajdır. Yəni, artıq “Dağlıq Qarabağ” adlı yer və məfhum yoxdur: “Ermənistan əvvəllər “Dağlıq Qarabağ” ifadəsi işlədir və “müstəqillik”dən bəhs edirdisə, indiki halda, yalnız Qarabağda yaşayan erməni əhalisinin təhlükəsizliyi, hüquqları kimi məsələləri dilə gətirir. Dövlət başçımız da dəfələrlə vurğulayıb ki, Azərbaycan çoxmillətli dövlətdir, ermənilər də digər etnoslar kimi bərabər hüquqlara malikdirlər və malik də olacaqlar. Bu, bizim prinspial mövqeyimizdir”.
İki ölkə arasında nəqliyyat-kommunikasiya istiqamətində Zəngəzur dəhlizinin işə salınması ilə əlaqədar prosesin davamı razılaşdırılıb. Dövlətimizin başçısı bu barədə dəfələrlə öz qəti mövqeyini bildirib: Zəngəzur dəhlizi açılmalıdır! Prezident İlham Əliyev aprelin 12-də bu ilin birinci rübünün yekunlarına həsr olunan müşavirədəki yekun nitqində də bu barədə mövqeyini bir daha diqqətə çatdırmışdı: “Ermənistan da görməlidir ki, o, bizim planlarımızı əngəlləyə bilməz. Əgər Zəngəzur üzərindən bizə keçid verməsə, özü itirəcək və birinci növbədə, 10 noyabr Bəyannaməsini pozmuş olacaq. Çünki 10 noyabr Bəyannaməsində açıq-aşkar yazılıb ki, Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında əlaqə olmalıdır və bu, Ermənistanın öhdəliyidir. Əgər o, öz öhdəliyini yerinə yetirmək istəmirsə, onda biz də hər hansı bir öhdəliyin yerinə yetirilməsi ilə bağlı heç bir məsuliyyət daşımayacağıq. Onlar bunu bilməlidirlər, vaxtı uzatmamalıdırlar. Onsuz da biz istədiyimizə gec-tez nail olacağıq. Daha yaxşı olar ki, onlar özləri də bir az cəld tərpənsinlər. Yoxsa, yenə də dalan kimi qalacaqlar",
E. Nəsirov əlavə etdi ki, Brüsseldə Prezident İlham Əliyev humanitar məsələlər fonunda ərazilərin minalardan təmizlənməsindən, bu istiqamətdə xəritələrin hələ də tam verilməməsindən söhbət açdı. Dövlət başçımız deyib ki, Ermənistan tərəfi minalanmış ərazilərin xəritələrini təqdim edib, ancaq bu xəritələrdə dəqiqlik göstəricisi 25 faizə yaxındır. Bununla yanaşı, möhtərəm Prezidentimiz Birinci Qarabağ müharibəsində itkin düşmüş 4 minə yaxın azərbaycanlının taleyindən hələ də xəbər olmadığını xatırladıb. Ermənistan tərəfi bu barədə Azərbaycana indiyədək məlumat vermir və məsələyə aydınlıq gətirmir.
Şarl Mişelin bəyanatında Dağlıq Qarabağdakı erməni əhalinin müstəqilliyi barədə heç nə deyilmir. Əksinə, Azərbaycanın tərkib hissəsi olan Qarabağda yaşayan erməni əhalisinin təhlükəsizliyi və hüquqları ortaya qoyulur. Avropa rəsmisinin “Qarabağdakı etnik erməni əhalinin hüquqları və təhlükəsizliyi məsələsinin həll olunması vacibdir” açıqlaması ermənilərin olan-qalan ümidlərini də puç etdi.
E. Nəsirov revanşistlərin təzyiqlərinə baxmayaraq, Ermənistanın bu məsələlərdə mövqeyini tamamilə dəyişdiyini vurğuladı. Dedi ki, burada Azərbaycandan kənarda yox, ölkəmizin daxilində olan erməni əhalisinin təhlükəsizliyindən söhbət gedir: “Prezident İlham Əliyevin bu məsələdə prinsipial mövqeyi ondan ibarətdir ki, Azərbaycan çoxmillətli dövlətdir, bütün millətlər bərabər hüquqlara malikdir, erməni əhalisi də bizimlə eyni hüquqlara malik olacaq. Dövlətimiz də buna qarantdır, burda başqa yanaşmadan söhbət gedə bilməz, həm də biz multikultural dövlətik”.
Danışıqlarda əldə olunan razılaşmaların sülh sazişinə doğru daha bir addımın olmasından söhbət açan politoloq bu irəliləmədə Avropa İttifaqının rolunu yüksək qiymətləndirdi: “Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması və iki dövlət, xalq arasında etimad mühitinin formalaşması üçün Avropa İttifaqı da imkanlarını səfərbər edərək, yardım göstərməyi üzərinə götürüb. Bütün bunları nəzərə alaraq, demək olar ki, Brüssel görüşü Azərbaycan–Ermənistan münasibətlərinin normallaşdırılması istiqamətində növbəti addımdır. Bunu Azərbaycanın növbəti diplomatik uğuru kimi dəyərləndirmək olar”.
Prezident İlham Əliyevin siyasi-diplomatik səyləri böyük səmərə verir
27
may
10:45
Qarabağ
KOMMENTLƏR
Elman Nəsirov: “Brüssel görüşü Azərbaycanın növbəti diplomatik uğurudur”
Deputat: Brüssel görüşünün nəticəsi Azərbaycan diplomatiyasının uğuru kimi dəyərləndirilə bilər
“Bu, Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizin diplomatiyasının uğuru kimi dəyərləndirilə bilər” – RƏY
"Brüssel görüşü Azərbaycan və Ermənistan münasibətlərinin normallaşdırılması itiqamətində növbəti addımdır"
Şarl Mişel İlham Əliyevə zəng etdi
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı