Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova Masazır duz gölünün hazırkı ekoloji vəziyyəti ilə yerindəcə tanış olmaq məqsədi ilə əraziyə gələrək gölün ətrafına baxış keçirib.
İcra Hakimiyyətindən Yenisabah.az-a verilən məlumata görə, Masazır kəndində “Azərduz” İstehsalat Birliyinin ərazisində yerləşən duz gölünün ekoloji təmizliyinin təmin edilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin verdiyi tapşırıq əsasında Masazır və Novxanı kəndləri ərazisində çirkab suların axıdılması üçün 2018-ci ildə 14,6 km uzunluğunda müxtəlif diametrli xətt çəkilib və nasosxana inşa olunub. Xətt çəkilişi işləri sifarişçi “Azərsu” ASC-nin verdiyi layihə əsasında podratçı “ArchiCo” MMC tərəfindən həyata keçirilib.
Verilmiş layihəyə uyğun xətt çəkilişi işləri normal səviyyədə başa çatdırılaraq, 11 iyul 2019-cu il tarixdə “Azərsu” ASC-yə təhvil verilib. Lakin layihə duz gölünə axıdılan çirkab sularını tam əhatə etməyib. Belə ki, Masazır kəndi istiqamətində “Zəli gölü” adlanan ərazidən qrunt suları və eləcə də ətraf ərazilərdən gölə axıdılmalar nəticəsində göl daşaraq açıq şəkildə Masazır duz gölünə axır. Bu ərazi əvvəl çəkilmiş layihə üzrə kanalizasiya xəttinin başlanğıc nöqtəsinə 50-60 metr məsafədə olmasına baxmayaraq, suyun səviyyəsinin çəkilmiş xətdən bir neçə metr aşağıda olması səbəbindən ərazidən suların yığılması mümkün olmayıb. Mövcud vəziyyətlə bağlı Rayon İcra Hakimiyyəti tərəfindən 22 may 2020-ci il tarixli 1183 saylı məktubla “Azərsu” ASC-yə müraciət edilib. Masazır duz gölünün çirkab suları və digər tullantılarla çirklənməsi ilə bağlı 18 sentyabr 2020-ci il tarixdə “Azərsu” ASC, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Azərbaycan Respublikası Baş Prokurorluğunun əməkdaşları tərəfindən də əraziyə baxış keçirilib.
İ.Gülməmmədova Abşeron Sukanal idarəsinin əməkdaşları ilə ərazyə baxış keçirdikdən sonra çirkab suları və digər tullantılarla çirklənməsinin qarşısının alınması istiqamətində görüləcək işləri təhlil edib. Bununla bağlı Masazır və Novxanı kəndləri ərazisində 2018-ci ildə çəkilmiş kanalizasiya xətti layihəsinin davam etdirilərək yeni nasosxana inşa olunmasını və 50-60 metr məsafədə öz axını ilə çəkilmiş kanalizasiya xəttinə birləşmənin verilməsi məqsəduyğun hesab edilib.
Xanım icra başçısı “Zəli gölü”nə gəldi, araşdırılma aparıldı - Fotolar
19
sentyabr
15:45
Qarabağ
KOMMENTLƏR
Masazırda küçələrə asfalt çəkilir – Başçı əraziyə gəldi
Xırdalanda bağça təmir olunacaq – başçı əraziyə gəldi
Qobu qəsəbəsində növbəti küçələr asfaltlanır – Başçı əraziyə gəldi
Abşeronda pandemiya ilə əlaqədar növbəti təbliğat İŞLƏRİ - FOTO
Rayon İcra Hakimiyyətinin başçısı 3-cü Alatavada sakinlərlə görüşüb
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Anar Ələkbərov Prezidentə görülmüş işlər barədə məlumat verdi - FOTOLAR
- "Qrem Ukrayna münaqişəsinin davam etməsini istəyirdi" - Tramp
- İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul etdi - FOTOLAR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Şəhid Xudayar Yusifzadənin doğum günüdür
- "Azərbaycanda fəaliyyət göstərmək şirkətlərə daha geniş regional bazara çıxış imkanı yaradır" - Nazir
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- "Dövlətimiz, Ordumuz güclüdür!" - İlham Əliyev